Accessibility links

Banqkokda avtobus yanıb


Bu gün Tailandın Banqkok şəhərində zavoda mühacir işçiləri daşıyan avtobusda baş vermiş yanğın azı 20 nəfərin ölümünə səbəb olub.

Polis sözçüsü bildirib ki, 27 nəfər yanğından xilas olmağa müvəffəq olub. Onlardan biri ağır yanğın zədələri alıb.

Yanğın başlayarkən avtobus Tailandın qərbi Tak vilayətində, Myanma ilə sərhəddə idi.

Yerli mətbuat işçilərin Myanmadan olduqlarını bildirib.

Polis bildirib ki, sürücü yanğının avtobusun ortasında başladığını və qısa zamanda avtobusu bürüdüyünü bildirib.

Hadisə ilə əlaqədar istintaq aparılır.

XS
SM
MD
LG