Accessibility links

ABŞ hərbi dəstəsi Tailandda axtarış əməliyyatlarına qoşulub


ABŞ hərbi dəstəsi şiddətli yağışlar səbəbindən daşqının baş verdiyi Tailandın şimalındakı mağarada 5 gündür itkin düşən 12 oğlan və futbol məşqçisinin axtarış əməliyyatına qoşulub.

Cümə axşamı hadisə yerinə gələn ABŞ axtarış və xilasetmə dəstəsinin sözçüsünün verdiyi məlumata görə, Tailandın səlahiyyətlilərinə 24 saatlıq kömək etmək üçün onlar bütün imkan və işçi qüvvəsindən istifadə edəcəklər.

Britaniyalı mağara dalğıcı da həmçinin hadisə yerinə gəlib. Xilasetmə əməliyyatına nəzarət edən Tailand ordu generalı bildirib ki, gecə yağan yağışlar suyun səviyyəsini əhəmiyyətli dərəcədə artırıb. Bunun da elektrik təhlükəsinə səbəb ola biləcəyinə görə səlahiyyətlilər enerji və su nasosunu söndürmək məcburiyyətində qalıblar.

İtkin düşən oğlanlar və məşqçi Çianq Ray əyalətində yerləşən Tham Lanq mağarasına keçən həftənin şənbə günü daxil olmuşdu.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG