Accessibility links

Taylandda xilasetmə işləri davam edir [Video]


Taylandda xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:01:51 0:00

Tayland xilasediciləri ölkənin selin dolduğu ən böyük mağarasında ilişib qalan 12 yeniyetmə futbolçunu və onların məşqçisini aşkar edib. 11-lə 16 yaşlar arasındakı uşaqların valideynləri onların sağ olmalarına sevinsələr də, hələ ki, onların əziyyəti davam edir. Artıq 10 gündən çoxdur mağarada qalan uşaqlar zəifləyib və onların yolunu mağaraya dolan su kəsib.

Səhiyyə işçiləri də daxil olmaqla, Hərbi Dəniz Donanması zabitləri artıq 10 gündən çoxdur 12 yeniyetrmənin və onların məşqçisinin ilişib qaldığı mağaraya daxil olmağa çalışır.

Rəsmilər uşaqların artıq zəiflədiyini, bunun isə xilasetmə işlərini daha da çətinləşdirdiyini deyir. “Mağaradaki suyun səviyyəsi enərsə, uşaqlar ön girişdən çıxa bilər, yox, əgər enməzsə boğula bilərlər. Su artarsa biz maskalardan istifadə etməliyik.” deyə, Vuttiçey Puçarenyos bildirir.

Bir neçə km. üzmək hətta təcrübəli dalğıclar üçün belə çətindir. Lakin bu uşaqlar belə bir təhlükəli işin öhdəsindən gəlməyi öyrənməlidirlər. Britaniyanın Mədən Xilasedici Dəstəsindən Endryu Vatson: “Bu aparatın nəfəsalma sistemini öyrənmək üçün ən azı 3 gün gərəkdir. Mən düşünürəm ki, bu uşaqların kirli, axar suya girməsi çox çətin olacaq. Məsafə də çox uzundur.”

Hazırda isə diqqət musson mövsümü enənə qədər mağarada qalanları ərzaq və digər ləvazimatlarla təmin etmək yolların axtarışına yönlib. Amerikann ordu kapitanı Cessika Teyt ən təhlükəsiz yolların axtarıldığını deyir. “Beləliklə, bura Tailanddır və burada uşaqların ən təhlükəsiz şəkildə çıxarılması yolları axtarılmalıdır. Siz onların qaranlıqda, ərzaqsız, təcrid oluduqlarını düşündükdə, anlayırsınız ki, bunun onlara yalnız fizioloji deyil, psixioji təsiri də var.”

Tay məktəbinin futbol komadası təlimdən sonra məşqçiləri ilə birlikdə uzunluğu 10 km olan mağaraya gəzməyə gedib və güclü musson yağışı səbəbindən həmin mağarada ilişib qalıb. Sellərin artması isə erkən xilasetmə səylərinin qarşısını alıb.

XS
SM
MD
LG