Accessibility links

Tayms meydanında büllur top endirilmək üçün tam hazır vəziyyətdədir


Bazar günü son sınaqların keçirilməsindən sonra Nyu-Yorkun Tayms meydanında Yeni İlin gəlişini elan edən büllur top endirilmək üçün tam hazır vəziyyətdədir.

Yeni İl ərəfəsi mərasimində Sino-Ameirka Dostluq Assosiasiyasnın prezidenti qonaq qismində ilk dəfə Büllur topu işə salmaq üçün düyməni basacaq.

Büllur topun enişi hər il fərqli mahnılarla müşayiət olunur. Bu il dünyaya ümid ifadə edən "Harmoniya Hədiyyəsi" mahnısı seçilib.

Dünyanın ən nəhəng büllur topunun çəkisi təxminən altı tondur və üzərində 32 min LED işıqlar var ki, bunlar da 16 milyon rəng və milyardlarla naxışları əks etdirir.

XS
SM
MD
LG