Accessibility links

Tayvan keçən ay yenidən baş qaldıran virusun qarşısını almağa çalışır


Keçən il başlayandan bəri qlobal koronavirus pandemiyasından xeyli dərəcədə xilas olan Tayvan keçən ay yenidən baş qaldıran kiçik, lakin hələ də davam edən epidemiya ilə mübarizə aparır.

Noyabırın 20-dən bəri Tayvanın Epidemiologoya Mərkəzi Tayvanın beynəlxalq China Airlines hava yollları şirkətinin 10 pilotu və onların 8 qohumunda koronavirus infeksiyasını təsdiqləyib. Aprelin 29-dan bəri aeroportun yaxınlığındakı Novotel Taipei Taoyuan mehmanxanasında beynəlxalq hava limanının 4 işçisinə, 3 ailə üzvünə və 1 podratçıya koronavirus diaqnozu qoyulub.

Çərşənbə axşamı mərkəz hava yolllarının daha iki işçisdə COVID-19 aşkar edildiyi barədə məlumat verib.

Rəsmilər epidemiyanın nə qədər vüsət aldığını müəyyənləşdirmək üçün bir-iki həftə vaxt lazım olduğunu bildirib. Səhiyyə naziri Çen Şi Çan bazar günü keçirdiyi mətbuat konfransında mərkəzin hələ hadisələri “artım dalğası” kimi qiymətləndirmədiyini deyib. Lakin o, insanları infeksiyalardan qorunmaq üçün təlimatlara əməl etmələri barədə xəbərdar edib.

"Mayın 17-nə qədər yüksək səviyyəli həyəcan dövründə olacağıq, buna görə hər kəsin əməkdaşlıq etməsini xahiş edirik" - deyə, Çen çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib.

Komanda mərkəzinin rəsmiləri bu yaxınlarda yoluxan bu insanlarla təmasda olanların testlərdən keçməsini tövsiyə edib. Potensial infeksiya yerləri paytaxt Taypey də daxil olmaqla, tayvanın şimal bölgəsindəki avtobuslar, mağazalar və retoranlar ola bilər

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG