Accessibility links

Tayvan hərbi rəsmisi helikopter qəzasında həlak oldu


Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Tayvanın yüksək səviyyəli hərbi rəsmisi paytaxt Taypey yaxınlığındakı bir dağlıq əraziyə eniş etməyə məcbur olan helikopterdə ölən səkkiz nəfərin arasında olub.

Fövqəladə hallar rəsmilərinin nümayiş etdirdiyi şəkillərdə vertolyotun əsas hissəsinin parçalanaraq, şimaldakı bir meşəyə düşdüyünü, onlarla xilasedicinin dağıntılar arasında sağ qalanları axtardığını görmək olub.

Hərbi Hava Qüvvələri Baş Qərargah rəisi, General Şen Yi-Minin qəza zamanı öldüyü - helikopterdə olan 13 adamdan beşinin sağ qaldığı bildirib.

“Səkkiz əməkdaşımız ölüb,” deyə ordu nümayəndəsi televiziya ilə nümayiş etdirilən canlı yayımda bildirib.

Müdafiə Nazirliyinin bildirdiyinə görə, səhər saat 8:22-də “Black Hawk” markalı helikopterlə rabitə kəsildikdən və o, Taypey şəhəri yaxınlığında məcburi eniş etdikdən sonra əraziyə xilasedici dəstə göndərilıb.

Helikopter Taypeydən şimal-şərq bölgəsindəki Yılan əyaləntinə Qəməri Yeni İl münasibətilə əsgərləri ziyarət etmək üçün yola düşmüşdü.

XS
SM
MD
LG