Accessibility links

Tayvanda təyyarə qəzasında ölənlərin sayı artıb


Tayvanda sərnişin təyyarəsinin körpüyə dəyməsi nəticəsində 31 adam həlak olub. Təyyarədə olan sərnişinlərdən 12-si tapılmayıb.

Sosial mediada yayılan video və şəkillərdə yaxınlıqdakı hündür binalardan yan keçərək Taypeydən Kinmen adasına uçan TransAsia təyyarəsinin körpüyə dəydikdən sonra dayaz Keelung çayına düşdüyü göstərilir. Rəsmilər bir azyaşlı uşaq daxil olmaqla, 15 nəfərin xilas olunduğunu bildirir.

Tayvan Vətəndaş Aviasiyası Administrasiyasının rəhbəri Lin Ti-Min itkin düşən sərnişinlərin axtarışlarının davam etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Gürcüstanda hökumətin istefasını tələb edən yeni kütləvi mitinq keçirilib
please wait

No media source currently available

0:00 0:10:11 0:00
XS
SM
MD
LG