Accessibility links

Tayvanda yaşayış binasında baş verən yanğında 46 adam həyatını itirib


Tayvanın cənubundakı Kaohsiung şəhərindəki bir binada gecə saatlarında baş verən yanğın zamanı 46 nəfər ölüb, ən azı 41 nəfər yaralanıb.

Yanğınsöndürənlər hadisənin 13 mərtəbəli binada baş verdiyini xəbər verir. Yanğınsöndürmə idarəsindən verilən açıqlamada, deyilir ki, "son dərəcə şiddətli" yanğın təxminən gecə saat 3-də başlayıb və binanın bir neçə mərtəbəsini məhv edib.

Binada həm yaşayış, həm də ticarət kompleksi yerləşir. Xilasedicilərin axtarışı nəticəsində ölənlərin sayı gün ərzində durmadan artıb. Günorta saatlarında rəsmilər 32 cəsəd aşkar edildiyini, xəstəxanaya göndərilən 55 insandan 14-nün isə həyati əlamətləri olmadığını bildirib. Tayvan xəstəxanasında ölümlər rəsmi olaraq təsdiqlənib.

Tayvanın Mərkəzi Xəbər Agentliyi bildirir ki, binanın yaşı və ətrafdakı dağıntılar axtarış və xilasetmə işlərini çətinləşdirir.

Yerli medianın yazdığına görə, 40 illik binanın sakinlərinin çoxu yaşlı insanlar olub. Və 13 kvadrat metrlik kiçik mənzillərdə yaşayırlarmış. Binanın yuxarı mərtəbələrində 120 mənzil, eləcə də qapalı bir kinoteatr, tərk edilmiş restoran və karaoke klubları varmış.

United Daily News qəzeti isə xəbər verir ki, binada keçən aydan yanğınsöndürən sistemlər quraşdırılmağa başlansa da, sakinlərin ödəniş etməyə gücü çatmadığı üçün hər mərtəbəyə cəmi 3 ədəd cihaz quraşdırılıb. Yerli media yanğının alt mərtəbələrdən başladığını yazır.

Tayvanda sonuncu dəfə belə bir böyük yanğın 1995-ci ildə baş vermişdi. O zaman Taichunq şəhərindəki gecə klubunda baş verən yanğın zamanı 64 insan həyatını itirmişdi.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG