Accessibility links

Tbilisi Apellyasiya Məhkəməsi Avtandil Məmmədovun həbsdə saxlanılması barədə protesti təmin etməyib


Tbilisi şəhər Apellyasiya Məhkəməsi Kvemo-Kartli Regionunun Marneuli rayon Məhkəməsinin iyunun 19-da Azərbaycan vətəndaşı olan hüquq müdafiəçisi Avtandil Məmmədovun 3000 lari (1200 ABŞ dolları) girov müqabilində azadlıqa buraxılmasına dair qərarını qüvvədə saxlayıb. Apellyasiya instansiyasında Məmmədovun hüquqlarını vəkil Arçil Çopikaşvili (Archil Chopikashvili) müdafiə edib. Bu barədə Amerikanın Səsinə Avtandil Məmmədovun özü bildirib.

Onun sözlərinə görə, dövlət ittihamçısı qərar ilə razılaşmayaraq, həbsdə qalmaq tələbi əsasında apellyasiya məhkəməsinə protest verib. Lakin Tbilisi şəhər Apellyasiya Məhkəməsi dövlət ittihamçısının protestini təmin etməyərək, Marneuli rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

2017-ci ildən Gürcüstandan sığınacaq istəyən və orada yaşayan hüquq müdafiəçisi Avtandil Məmmədov 2019-cu il iyunun 17-də yerli polis tərəfindən saxlanılıb.

Belə ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Gürcüstan Daxili İşlər Nazirliyinə göndərdiyi məktub əsasında Məmmədov barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.

Marenuli rayon Məhkəməsi Avtandil Məmmədovla bağlı işə baxır (19.06.2019)
Marenuli rayon Məhkəməsi Avtandil Məmmədovla bağlı işə baxır (19.06.2019)

Bu zaman Gürcüstanın hüquq-müdafiə təşkilatları Avtandil Məmmədovun hüquqlarının müdafiəsinə qoşulub. Gürcüstan İnsan Hüquqları Evinin tutduğu vəkil Rusudan Mçedlişvili onun hüquqlarını müdafiə edib.

İyunun 19-da Gürcüstanın Kvemo-Kartli Regionunun Marneuli rayon Məhkəməsi Məmmədovun 3000 lari (1200 ABŞ dolları) girov müqabilində azadlıqa buraxılması barədə qərar qəbul edib.

Hüquq müdafiəçisi iyunun 25-də 3000 lari girov ödədikdən sonra azadlığa buraxılıb.

Məmmədov 2008-ci ildən Azərbaycanda QHT-lərdə çalışıb. O, bir müddət İşgəncələrə Qarşı Azərbaycan komitəsinin Şimal bölgəsi üzrə nümayəndəsi, daha sonra sədr müavini olub.

O, 2011-ci ildən Helsinki Vətəndaş Assambleyasinin Azərbaycan Milli Komitəsinin Quba-Xaçmaz rayonları üzrə təmsilçisi olub.

Məmmədov 2015-ci il parlament seçkiləri zamanı bitərəf vətəndaşların seçkilərini müşahidə məqsədi ilə “Şimal müstəqil seçki müşahidə qrupu” təsis edib.

Hüquq müdafiəçisi deyib ki, ona qarşı Azərbaycanın Quba rayon Polis Şöbəsində 2017-ci ildə Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb.

Məmmədov bir neçə dəfə polisdə dindirildikdən və təzyiqlərə məruz qaldıqdan sonra 2017-ci ilin yazında mühacirətə getdiyini bildirib.

O, 2018-ci ilin oktyabrında Gürcütanda “Hüquq və Azadlıqların Müdafiə İnstitutu” (HAMİ) adlı hüquq-müdafiə təşkilatı yaradıb. Təşkilat Gürcüstanda dövlət qeydiyyatına alınıb, Tbilisi şəhərində fəaliyyət göstərir.

Hüquq müdafiəçisi Gürcüstanda siyasi sığınacaq almaq üçün 2017-ci ildə müraciət edib.

“Hazırda Gürcüstanda müraciətimə baxış davam edir. Gürcüstanı artıq təhlükəli ölkə hesab edirəm. Bu səbəbdən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından xahiş edirəm ki, mənim 2017-ci ildə etdiyim müraciətə baxışı sürətləndirsinlər və ailəmin tezliklə təhlükəsiz ölkəyə köçürülməsinə kömək etsinlər” , o qeyd edib.

Azərbaycan hüquq-mühafizə orqanları Avtandil Məmmədovun Gürcüstanda saxlanılması ilə bağlı hələ məlumat yaymayıb. Onun Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham edildiyi barədə də indiyədək rəsmi məlumat verilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. AXCP fəalı həbs edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Ukraynaya 31 Abrams tankı göndərəcək. Azərbaycanın dövlət büdcəsi.
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG