Accessibility links

Tbilisi gecə klublarında reydlər keçirilib


Gürcüstan polisi Tbilisinin bir neçə gecə klubunda narkotik əleyhinə reydlər keçirib. Həmin klublar arasında “Basiani” və “Qaleri” də var. Reyd zamanı narkotik maddələrinin satışında şübhəli bilinən səkkiz nəfər saxlanılıb. Klublardan çıxarılaraq, üzərində axtarış aparılan minlərlə insan parlament qarşısına kütləvi mitinqə toplaşıb. Etiraz aksiyası polislə toqquşma ilə nəticələnib və daha 20 nəfərin saxlanılasına səbəb olub.

Saxlanılanlar arasında narkotik maddələrin istifadəsinin dekriminallaşması hərəkatının lideri, “Girçi” partiyasından prezidentliyə namizəd Zurab Caparidze də var idi. Hal-hazırda kütləvi mitinq iştirakçıları sərbəst buraxılıb.

Polisin bildirdiyinə görə, reydlər narkotik maddələrin istifadəsi nəticəsində gənclərin ölümü ilə bağlı faktların arasdırılmasından sonra keçirilib.

Polis bildirir ki, reydə başlamaqdan öncə, onlar klubların ziyarətçilərinə könüllü şəkildə narkotik maddələri təhvil verməyə və bununla cinayət məsuliyyətindən azad olmağı təklif ediblər. Güc strukturları nümayəndələri deyirlər ki, klublarda saxlanılan şübhəlilərin “obyekt sahibləri” ilə sıx bağlılıqları var.

Aprel ayının sonu “Basiani” klubunun sahibəsi Nadja Oraşvili klubda mefedron maddəsinin dozadan çox istifadəsi hallarının aşkar edildiyi haqqında məlumat vermişdi. Bu səbəblə iki nəfərin ölümünü təsdiq etməsinə baxmayaraq, Oraşvili bu hadisənin onun klubu ilə hər hansı bağlılığını inkar edib.

Gürcüstanda narkotik siyasətinin liberallaşmasını tərəfdarı olan “Ağ səs-küy” hərəkatı dərhal etiraz aksiyaları başlamaq niyyətində olduğunu bildirərək, narkotik əleyhinə reydlərə görə cavabdeh olan insanların istefasını tələb edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG