Accessibility links

Tbilisidə aksiyaçılar hakimiyyətə saat 19-dək vaxt veriblər


Tbilisidə etiraz aksiyalarının təşkilatçıları bəyan ediblər ki, əgər hakimiyyət ötən etiraz aksiyaları zamanı saxlananları saat 19-dək azad etməsə Rustaveli prospektində aclıq aksiyasına başlayacaqlar.

Bu barədə iyunun 23-də AzadlıqRadiosu Rusiya xidmətinin müxbiri Georgi Kolobadze məlumat verib.

Aksiyaçılar həmçinin daxili işlər naziri Georgi Qaxariyanın istefasını tələb edirlər.

Ötən etiraz aksiyası zamanı parlament binasının qarşısında polislə nümayişçilər arasında baş verən toqquşmada 240 nəfər xəsarət alıb. Onlardan 80-i polislərdir. Rezin güllə nəticəsində nümayişçilərdən ikisi gözünü itirib.

Reper və hakim “Gürcü arzusu” partiyasının rəhbəri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili aksiyaçılara dəstək nümayiş etdirib ki, bu bir çoxları üçün gözlənilməzdir. “Azadlıqsevər soydaşlarımın səsinə səs verirəm. Öz azadlığımızı heç kimə verməyəcəyik” - Bera İvanişvili özünün Facebook səhifəsində yazıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin fərman verərək iyulun 8-dən Gürcüstana təyyarə reyslərini dayandırıb. Rusiyanın xarici işlər nazirliyi bunun, ölkə vətəndaşlarının təhlükəsizliyi üzündən edildiyini deyir.

Gürcüstanda kütləvi etirazlar iyunun 20-də başlanmışdı. Buna səbəb, rusiyalı deputat Sergey Qavrilovun parlamentlərarası assambleyanın Tbilisidə keçirilən iclasında spikerin kreslosunda oturması oldu. Onun bu hərəkəti Gürcüstan cəmiyyətini qəzəbləndirdi.

Qeyd edək ki, Rusiya 2008-ci ilin yayında Gürcüstanla qısa müharibədən sonra, onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdı. Bundan sonra tərəflər arasındakı münasibətlər kəskin pizləşdi.

İyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı polislə baş verən qarşıdurmada 200-dən çox adam xəsarət alıb. Aksiyalar şənbə və bazar günləri də davm etdi, amma dinc şəraitdə.

İndi aksiyaçılar daxili işlər naziri Georgi Qaxariyanın istefasını, həmçinin seçki sistemində islahatlar aparılmasını tələb edirlər.

- AzadlıqRadiosu

XS
SM
MD
LG