Accessibility links

Tbilisidə minlərlə insan parlament binası qarşısında etiraz aksiyasına toplaşıb


Tbilisidə parlament binası qarşısında qanunvericilərin seçki sistemində islahatlara dair vəd edilmiş qanun layihəsini qəbul edə bilməməsindən sonra növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə minlərlə insanın iştirak etdiyi etiraz aksiyası keçirilir.

Noyabrın 17-də Tbilisinin mərkəzində keçirilən etiraz akasiyası zamanı heç bir zorakılıq hadisəsi qeydə alınmayıb. Aksiya iştirakçıları Gürcüstan, NATO və Avropa İttifaqının bayraqlarını dalğalandırıblar. Parlament binası qarşısındakı meydanın ətrafında iğtişaş polisin üzvləri yerləşdirilib.

Ölkənin əsas siyasi partiyası olan və parlmentdə çoxluğa malik “Gürcü arzusu” partiyası 2020-ci idə parlament seçkilərinin proporsional sistem əsasında keçirilməsinə dair Konstitusiyaya düzəlişin qəbul edilməsini vəd etmişdi.

Bu vəd Tbilisidə yay aylarında bəzən zorakı hal alan gərginliklərin aradan qaldırılması üçün əsas faktorlardan biri idi. Lakin parlamentdə “Gürcü arzusu” partiyasından olan deputatlar keçən həftənin cümə axşamı günü qanun layihəsinin əleyhinə səs veriblər və sənəd qəbul edilməyib.

Gürcüstan parlamentdəki səsvermə Avropa Şurası Parlament Assambleyası və ABŞ-ın Tbilisidəki səfirliyi tərəfindən tənqidlə qarşılanıb.

Bazar günü keçirilən aksiya iştirakçıları etirazları və Gürcüstan paytaxtının əsas prospektini blok etəyə davam etdirəcəklərini bildiriblər.

XS
SM
MD
LG