Accessibility links

“Oda" teatrının fəaliyyət göstərdiyi "Zirzəmi" məkanını polislər bağlayıb


“Oda" teatrının fəaliyyət göstərdiyi "Zirzəmi" məkanını polislər bağlayıb.
“Oda" teatrının fəaliyyət göstərdiyi "Zirzəmi" məkanını polislər bağlayıb.

"Oda" teatrı bu il iyulun 15-də "Evlənmə" tamaşası ilə fəaliyyətə başlayıb

Noyabrın 23-də Topçubaşov 40 ünvanında yerləşən “Oda" teatrının fəaliyyət göstərdiyi "Zirzəmi" məkanını polislər bağlayıb.

Bu barədə "Oda" teatrının gənc aktyoru Elmin Bədəlov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə polislər heç bir sənəd təqdim etmədən məkana daxil olaraq, qonşuların şikayət etdiyini bildirib.

“Polislər bizə dedi ki, teatrı bağlayırıq və siz Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsinə getməlisiz”, deyə o bildirib.

Elmin Bədəlov qeyd edib ki, polislər onu və "Oda" teatrının rəhbəri, əməkdar artist İlqar Cahangiri bölməyə aparıblar.

İzahat alındıqdan sonra aktyorlar səsrbəst buraxılsa da, məkanın açarları geri qaytarılmayıb.

Məkanın qeyri-müəyyən müddətə qədər bağlı qalacağı bildirilib.

"Oda" teatrı bu il iyulun 15-də "Evlənmə" tamaşası ilə fəaliyyətə başlayıb. Teatrın daimi yeri olmayıb, bu səbəbdən tamaşalar hər dəfə ayrı-ayrı ünvanlarda keçirilib. İki ay əvvəl teatr «ISR Plaza» otelinin arxasındakı yaşayış binalarının birinin zirzəmisinə köçüb.

Noyabrın 23-də adıçəkilən teatrda kitab təqdimatı və «Səncə döyəcəklər?» tamaşasının nümayişi planlaşdırıb.

Elmin Bədəlov qonşuların onlardan şikayətinə inanmadığını qeyd edərək, yalnız teatrın inkişafı üçün fəaliyyət göstərdiklərini bildirib.

“Mən bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edəcəm”, deyə o, bildirib.
Hadisə ilə bağlı Nəsimi Rayon 22-ci polis bölməsindən şərh almaq mümkün olmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG