Accessibility links

ƏSA Teatrı "Adamlar və Siçanlar" tamaşasını hazırlayıb


"ABŞ Səfirliyi ƏSA teatrının qarşıdan gələn "Adamlar və Siçanlar" tamaşasını maliyyələşdirməkdən qürur duyur. Klassik Amerika hekayəsinin möhtəşəm tamaşasını izləmək üçün gözləyin". Bunu ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində qeyd edib.

ƏSA Teatrı "Adamlar və Siçanlar" tamaşasını hazırlayıb
ƏSA Teatrı "Adamlar və Siçanlar" tamaşasını hazırlayıb

Səfirlik bildirir ki, Beynəlxalq Əlillər Günündə bu teatr qrupunun gördüyü iş əlilliyi olan insanların digər insanlar kimi cəmiyyətə töhfə vermə və mədəniyyəti zənginləşdirmə potensialına sahib olduğunu xatırladır.

ƏSA Teatrı əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını sürətləndirmək, onların hüquqlarını və rifahını cəmiyyətin və inkişafın bütün sahələrində təşviq etmək, əlilliyi olan insanlar haqqında siyasi, sosial, iqtisadi və mədəni həyatın bütün aspektlərində məlumatlılığı artırmaq məqsədi daşıyır.

XS
SM
MD
LG