Accessibility links

Günəş tutulmasını ABŞ-da milyonlarla insan seyr edəcək


Günəş tutulmasını seyr edənlər
Günəş tutulmasını seyr edənlər

Avqustun 21-də baş tutacaq günəş tutulması ABŞ-da milli olay kimi qeyd olunacaq.

ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində yazır ki, günəş tutulması zamanı ətrafa bir neçə dəqiqəlik qaranlıq çökəcək.

“Təxminən 12 milyona yaxın insanın bu fenomeni izlmək imkanı olacaq. Belə ki, onlar günəş tutulmasının təsadüf etdiyi ərazilərdə yaşayır. Bir neçə milyon insan isə tursit qismində günəşin tutulmasını izləmək üçün həmin şəhərləri ziyarət edəcək. Xeyli sayda amerikalı üçün bu məhz həyatlarında gördükləri ilk günəş tutulması olacaq. Bəzi alimlər üçün isə bu hadisə adi vaxt əldə edilməsi mümkün olmayan elmi məlumatları toplamaq üçün imkan yaradacaq”.

Avqustun 21-dı Bakı vaxtı ilə saat 20-də NASA günəş tutulmasını canlı yayımlayacaq.

XS
SM
MD
LG