Accessibility links

Donald Tramp Azərbaycan prezidentinə təbrik göndərib


İlham Əliyev və Donald Tramp
İlham Əliyev və Donald Tramp

ABŞ prezidenti Donald Tramp Ramazan bayramı münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Ramazan ayının başa çatmasını qeyd etdiyimiz bir vaxtda, biz İslam dininin qonşulara yardım etmək və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmək kimi ədalət və mərhəmət hisslərinə sadiqliyindən qaynaqlanan müqəddəs bir ənənəni xatırlayırıq. Bu bayram dostluqda bir-birinə dəstək olmaq və hər kəsin öz potensialını tam gerçəkləşdirə biləcəyi bir cəmiyyət qurmaq məsuliyyətini yada salır.

Birləşmiş Ştatlar ölkəmizə mühüm töhfələr vermiş və silahlı qüvvələrimizdə ləyaqətlə xidmət etmiş amerikalı müsəlmanlar da daxil olmaqla müxtəlif etiqad sahiblərinin vətənidir.

Bu əlamətdar bayram münasibətilə qarşıdan gələn ildə bütün müsəlmanlara cansağlığı və firavanlıq arzulayıram.Ramazan bayramınız mübarək olsun!” Amerika prezidenti qeyd edir.

XS
SM
MD
LG