Accessibility links

Təbrizdə siyasi fəal Sara Turi İnqilab Məhkəməsinə çağırılıb


Təbrizdə Qarabağa dəstək aksiyasında iştirak edən siyasi fəal Sara Turi Təbriz İnqilab Məhkəməsinə çağırılıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, oktyabrın 18-də Təbrizdə keçirilən Qarabağa dəstək mitinqində İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı.

Məhkəmənin elektron sistemi vasitəsilə bu fəala göndərilən bildirişdə Turidən yanvarın 20-sində Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməsi istənilib.

Məhkəmə tərəfindən bu siyasi fəala qarşı "daxili təhlükəsizliyə qarşı toplaşma və birləşmə" ittihamı irəli sürülüb.

Sara Turi oktyabrın 18-də Qarabağa dəstək mitinqində bir neçə qadın iştirakçı ilə birlikdə həbs edilib və oktyabrın 23-də girov müqabilində müvəqqəti azadlığa buraxılıb.

Təbriz şəhərində keçirilən mitinqdə tutulan bir neçə qadın iştirakçı arasında Sara Turi, Şima Əlmasi, Məhtab Əsgərinejad və qızı Aylın Şirzadi, Həbibə (Məlihə) Bərqi, Mina Vəlipur, Fatimə İbrahimzadə və qızı Kövsər Nemətinin adları açıqlanıb.

Sara Turi Azərbaycan türkcəsində nəşr edilən bir şeir və neçə uşaq kitabının müəllifidir.

Şair və siyasi fəal məhkəmə bildirişini aldıqdan sonra öz İnstagram səhifəsində bu şeiri paylaşıb;

"tikə parçayam, məni Arazda suya tutun, Azərbaycanda quylayın, Tikələrim birləşdikcə, Qəbrimdə göy ot bitəcək."

Sentyabrın 29-dan bəri İran Azərbaycanının fərqli şəhərlərində və İranın digər türkdilli bölgələrində keçirilən mitinqlərdə çox sayda milli fəal və vətəndaş həbs edilib, onların bəzisi ağır işgəncələrə məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG