Accessibility links

Təbrizli qadın alpinist Himalay zirvəsini fəth edib


Şərqi Azərbaycan vilayətinin Dağçılıq İdmanları Heyətinin bildirdiyinə görə, Zəhra Neməti 8163 metr yüksəklikdə olan Himalayın səkkizinci ən yüksək zirvəsi Manaslunu fəth etməyə müvəffəq olub.

İran Azərbaycanı dağçılıq idman sahəsində ölkənin birinci yerini almaqdadır. Əzim Qeyçisaz digər təbrizli alpinist daha öncə Himalay dağlarının 8 min metrdən yüksək 14 zirvəsini fəth etmişdi.

Zəhra Neməti Təbrizdə Himalay adlı dağçılıq klubunun üzvüdür. O, Türkiyə və Qafqaz bölgələrində bir neçə alpinist qrupunun lideri olmuşdur.

Neməti bu Manaslu zirvəsini fəth etmək üçün avqust ayının ortalarında Nepala getmişdi.

Manaslu zirvəsini ilk dəfə Yaponiyadan bir qrup alpinist 1956-da şimal-şərq marşrutu üzrə fəth edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG