Accessibility links

Təbrizdə Apellyasiya Məhkəməsi Əmir Səttarinin hökmünü qüvvədə saxlayıb


Əmir Səttari
Əmir Səttari

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata əsasən, Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi Təbriz şəhərində yaşayan güneyli fəal Əmir Səttarinin 91 günlük həbs və 4 milyon tümən cərimə cəzasını qüvvədə saxlayıb.

Təbrizdə İranın ərəb icmasının aksiyasına dəstək mitinqi ilə əlaqədar həbs edilən Əmir Səttari, Təbriz 2-ci Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən "Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək" ittihamı ilə suçlanaraq, 91 gün həbs cəzası çəkməyə və 4 milyon tümən cərimə ödəməyə məhkum edilmişdi.

Məhkəmənin verdiyi hökmə görə, milli fəala verilən həbs cəzasının 50 günü 2 il müddətinə şərti olaraq dayandırılıb.

Güneyli milli fəal Əmir Səttari iyul ayının 22-də etiraz mitnqi tarixindən iki gün əvvəl Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

O, dindirilmək üçün bu aksiyalarla əlaqədar həbs edilən digər vətəndaşlar kimi ilk öncə Kəşfiyyat Nazirliyinin Təbrizdəki təcridxanasına aparılıb, bir neçə gün sorğu-sual olunandan sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.

Təbriz sakini olan Əmir Səttari avqust ayının 15-də girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Səttari daha öncə də apardığı mədəni fəaliyyətlərə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək İran məhkəmələrində mühakimə və məhkum edilib.

İyulun 24-də Təbrizdə yaşayan bir çox güneyli vətəndaş İranın Əhvaz bölgəsində yaşayan ərəb icmasının su qıtlığına qarşı etiraz aksiyalarına dəstək olmaq məqsədilə etiraz mitinqi keçirmişdi.

İranın Xuzistan vilayətində sıx yaşayan ərəb icmasının su qıtlığına qarşı apardıqları aksiyalar bir həftədən çox davam etmişdi. İranda Azərbaycanlı fəallar ərəb icmasının aksiyalarına dəstək məqsədilə 24 iyul tarixinə dinc mitinq keçirmə çağırışı yaymışdılar. İranın təhlükəsizlik qüvvələri mitinq tarixindən bir neçə gün əvvəl milli fəallara qarşı repressiya dalğası başladaraq bir çox fəalı təqib və telefon vasitəsilə təhdid etmişdi. Təbrizdə keçirilən mitinq zamanı bir çox milli fəalla birgə adi vətəndaşlar da həbs edildi. Bu vətəndaşlara qarşı başladılan məhkəmə prosesi hələ də davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG