Accessibility links

Təbrizdə Arman tələbə təşkilatının iki üzvü həbs edilib


Yurdnet, Savalan Port, Araz News və Susuz Göl veb səhifələrində Təbrizin Azad Universitetinin Arman tələbə təşkilatının iki üzvü-Haşim Mirzadə və Məsud Hüseynzadənın həbs edildiyinə dair məlumat yayılıb.

Məlumatda Haşim Mirzadənin ailəsinin yaşadığı evin İttilaat tərəfindən basqıya və həbslə bağlı heç bir xarici xəbər mənbəyinə məlumat verilməməsinə dair təzyiqlərə məruz qaldığı bildirilir. Bu səbəbdən onun ailəsi susmağa məcbur olub.

Məsud Hüseynzadənın də İttilaat məmurları tərəfindən nəzarət altına alındığı xəbər verilir. İttilaat həbsləri təsdiq etsə də, onların harada saxlandığı barədə məlumat verməkdən imtina edib.

Bu iki fəal “İran” qəzetində azərbaycanlıları təhqir edən karikaturaların yayılmasından sonra baş qaldıran etiraz aksiyalarında iştirak etdiklərinə görə 2006-ci ildə həbs edilmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG