Accessibility links

Təbriz divarlarında siyasi məhbuslara azadlıq tələbi


Təbrizdə milli fəallar divarlarda "Azərbaycanlı siyasi məhbusları azad buraxın" şüarı yazaraq milli fəallara artan basqılara etiraz ediblər.

İran Azərbaycanının ən iri şəhərində milli fəallar ilk dəfə deyil ki, belə bir aksiya keçirirlər.

Hazırda milli fəallar Lətif Həsəni, Abbas Lisani, Tövhid Əmir Əmini, Cəfər İsmayılzadə və oğlu Milad İsmayılzadə, Yunus Quluzadə, Əmir Səttari, Cəfər Rüstəmi-rad, Kiyanuş Aslani, Yusuf Kari və Ruzbeh Piri həbsdə saxlanılır.

Son zamanlar İran təhlükəsizlik qüvvələri və məhkəmə orqanları azərbaycanlı fəallara təzyiqləri artırıb.

İranın Qain şəhərində sürgündə olan siyasi fəal Siyamək Mirzayi haqqında çıxarılan cəzaları isə apelyasiya məhkəməsi təsdiqləyib.

Habelə Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi Nadarlı, Məhəmməd Mahmudi və Yaşar Piri İran hökumətinin məhkəmələri tərəfindən həbs və sürgün cəzasına məhkum ediliblər.

Hal-hazırda bir çox milli fəal, o cümlədən Təbriz şəhərində; Əkbər Mühaciri, Davud və Əyyub Şiri, Şahin Bərzigər, Nasir Xulusi, Babək Hüseyni Müqəddəm, Ərdəbil şəhərindən; Əli və Rza Vasiqi, Urmiyədən; Əli Əzizi və Sulduz şəhərindən isə Səccad Şoheyri mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıblar.

Son zamanlar İranda yanacaq qiymətlərinin artmasına etirazlar əsnasında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəallar qanunsuz təşkilata üzv olmaq, rejimə qarşı təbliğat aparmaq ittihamları ilə günahlandırılaraq həbs ediliblər.

İran Azərbaycanlı fəallar divarlara etiraz xarakterli şüar yazmaq, qrafiti çəkmək, bildiriş vərəqələri paylamaq və müxtəlif etiraz aksiyaları aparmaqla İran hökumətinə qarşı etirazlarını bildirirlər.

XS
SM
MD
LG