Accessibility links

Təbrizdə İran hökumətinin iqtisadi siyasətinə etiraz


İran Azərbaycanının Təbriz şəhərində milli fəallar İran hökumətinin iqtisadi siyasətinə etiraz olaraq şəhər divarlarında afişalar yerləşdirib.

Sosial mediada paylaşılan şəkillərə görə, "Azərbaycanı müstəmləkə etməyə son verin", "Azərbaycana qarşı müstəmləkəçiliyə son verin" kimi ingilis və fars dillərində olan şüarlar bu afişaların üzərində yazılıb.

Afişalar və şüarlar sosial mediada, o cümlədən Twitter və İnstagramda yayılıb.

Aznews TV saytının yaydığı məlumata əsasən, son günlər ərzində Ərdəbil şəhərində milli fəallar bu şəhərin parklarının birində hökumətə etiraz olaraq plakat asıblar. Bu plakatda “Anti-türk və korrupsioner hökumətin qiymətləri amansız artırması Azərbaycan millətinin bütün təbəqələrini, xüsusilə işçiləri ağır və çətin yaşayış şəraitinə məruz qoyub. ” -deyə, vurğulanıb.

Son illərdə İranda xərclərin astronomik artımı və onların gəlirlərlə qeyri-mütənasibliyi vətəndaşları təzyiqə məruz qoyub və dolanışıq çətinlikləri ilə üzləşdirib.

Son zamanlar İran Azərbaycanının Vərziqan Mis Mədəninin gəlir payından istifadə etməsi mövzusu Kerman vilayətinin millət vəkili və Azərbaycan millət vəkilləri arasında mübahisəyə səbəb olub. Bu mübahisələr İran Azərbaycanından sosial mediada vətəndaşlar arasında qızğın müzakirə mövzusuna çevrilib.

Şərqi Azərbaycan Traktor və Maşın-sazi futbol klublarının İran Milli Mis Şirkətinə verilməsi haqda qərarın qəbul edilməsi ardından zəngin mis mədənlərinə sahib olan Kerman vilayətinin millət vəkili tərəfindən sərt tənqidlə üzləşib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG