Accessibility links

Son iki ayda Təbrizdə 10 nəfər edam edilib


Tabriz Prison
Tabriz Prison

Azərbaycan veb səhifələri son iki ay ərzində biri qadın olmaqla muxtəlif ittihamlarla günahlandırılan azı 10 nəfərin Təbriz zindanında edam edildiyini bildirib.

Oyan News saytının yaydığı məlumata istinadən bu şəxslər qətl və narkotik qaçaqçılığı ilə əlaqədar ölüm cəzasına məhkum edilmişdilər.

Təbrizin mərkəzi həbsxanasında asılaraq edam edilənlər arasında Əsgər Bəndzadə, Nasir Məhəmmədi, Əsgər İxtiyari, Hüseyn Əxəvi, Məhəmməd Rza Cəfəri, Bəhmən Bərxiya, Əhməd Səhafi, Əlirza Talibi, Sadiq Purməhəmmədi və xanım Sürəyyanın adları qeyd edilib.

Beynəlxalq təşkilatların açıqladığı statistik məlumatlara görə İran dünyada edam hökmünün ən çox icra edildiyi ölkələrdən biridir. Amnesty International İranda narkotik qaçaqçılığı ilə əlaqədar edamlar haqda yaydığı bəyanatda etnik və dini azlıqlara mənsub olan məhkumların ən çox edam riski altında olduqlarını qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG