Accessibility links

Keçən bir neçə gün ərzində qətl və narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş 6 məhbus İran Azərbaycanının Təbriz və Ərdəbil şəhərlərində dar ağacından asılıb.

Bu haqda İranda insan haqları pozuntularına dair xəbər yayan HRA agentliyi və İran HR qrupu məlumat yayıb.

Yayılan məlumata görə, həmin günlərdə İranın Kərəc, Məşhəd, Zahidan və Kirmanşah şəhərlərində də edam hökmləri icra olunub. Bu şəhərlər adətən türk, kürd və bəluç kimi qeyri-fars cəmiyyətlərin sıx yaşadığı bölgələrdir.

Keçən günlərdə ən çox edam hökmü mayın 23-də Təbriz Mərkəzi Zindanında həyata keçirilib. Təbrizdə azı 5 məhbus dar ağacından asılıb.

Təbriz Mərkəzi Zindanı
Təbriz Mərkəzi Zindanı


Davər Həmdərd adlı narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş məhkumun edam hökmü də eyni gündə Ərdəbil Mərkəzi Zindanında icra edilib.

Beynəlxalq insan haqları qurumları prezident Həsən Ruhaninin hakimiyyətə gəldiyindən sonra İranda həyata keçirilən edam hökmlərinin kəskin artdığını bildirirlər.

Amnesty International İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar edamlar haqqında yaydığı hesabatda etnik və dini azlıqlardan olan müttəhimlərin ən çox edam riski altında olduğunu vurğulayıb.

XS
SM
MD
LG