Accessibility links

Təbrizin küçələrində Əzimi Qədimə azadlıq şüarları


Azərbaycanlı fəal Marağa şəhərində İranın Ermənistanla əlaqələrinə etiraz aksiyasında həbs edilib

İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində küçələrə azərbaycanlı fəalın azadlığa buraxılmasını tələb edən siyasi şüarlar yazılıb.

APA agentliyinin məlumatına görə, Təbriz küçələrində divarlara Azərbaycan dilində “Hüccətülislam Əzimi Qədim azadlığa buraxılsın!” şüarları yazılıb.

Tanınmış azərbaycanlı fəallardan olan Əzimi Qədim 2012-ci il dekabrın 27-də Marağa şəhərində keçirilən İranın Ermənistanla əlaqələrinə etiraz aksiyasında həbs edilib. O, hazırda İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsində saxlanılır.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG