Accessibility links

Təbriz Heyvan Sığınacağı: Bələdiyyə vədlərinə əməl etmir


Fəaliyyətləri ilə Təbrizi İranda küçə heyvanlarının öldürülmədiyi tək və birinci şəhər halına gətirən Təbriz Heyvan Sığınacağının müdiri Jila Purirani mətbuata verdiyi müsahibədə Təbriz Bələdiyyəsini sərt bir dillə tənqid edib.

Xanım Puriraninin dediklərinə görə, Təbriz Bələdiyyəsi 2 il öncə heyvan sığınacağına yardım sözü versə də, bir neçə aydan sonra vədini unutmuşdur.

“Biz vətəndaşdan nə qədər yardım ala bilərik ki? Bələdiyyənin əsas vəzifələrindən biri heyvanlara sahib çıxmaqdır. Biz sahibsiz küçə heyvanlarına şəhərdən toplamaqla bələdiyyənin boynundan böyük bir yükü götürürük amma bələdiyyə məsulları bizə dəstək vermir,” deyə heyvan haqları fəalı Nasr News ilə müsahibədə söyləyib.

Təbrizli heyvansevər əlavə edib, “Təbriz əhalisi bir daha sahibsiz heyvanların zalımca və qeyri-insani şəkildə öldürülməsinə icazə verməyəcəkdir. Təbriz Bələdiyyəsinin heyvan sığınacağına verdiyi yardım vədinə əməl edəcəyinə ümid edirəm.”

Jila Puriraninin sahibsiz heyvanlar üçün göstərdiyi fəaliyyətləri İrandan əlavə beynəlxalq medianın da gündəmində olub.

The Huffington Post qəzeti 2014-cü ildə yaydığı “İranda sahibsiz itlərin öldürülməsinin qadağa edildiyi ilk şəhər və bunun arxasındakı qadın” başlıqlı reportajda Jila Purirani və onun idarə etdiyi heyvan sığınacağı haqqında ətraflı məlumat verib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG