Accessibility links

Təbrizdə "Leyli və Məcnun" tamaşası türk dilində səhnəyə çıxır


Leyla Babayi Leyli rolunda
Leyla Babayi Leyli rolunda
Təbrizdə fevralın 9-dan martın 10-a qədər Leyli və Məcnun əsəri türk dilində səhnəyə çıxacaq. Tamaşa Təbrizin Küçə Teatr Qrupu tərəfindən səhnələşdirilib.

Təbriz Teatrı veb səhifəsinin yazdığına görə, tamaşanın məşqlərinin 2012-ci ilin oktyabrında başa çatmasından sonra əsərin nümayişinə icazə əldə edilməsi üçün müzakirələrə başlanmışdı.

Rejissor və yazıçı Əli Əsgər Milaninin rəhbərliyi ilə Leyli və Məcnun tamaşasının məşqlərində tanınmış azərbaycanlı yazar və şair Ülkər Ucqar tərcüməçi kimi iştirak edib.

Rza Gülavər, Rüqəyyə Vəlipur, Sanaz Nəzəri, Kamyar Şəkibayi, Səid Cilvəgəri, Leyla Babayi və Vəhidə Nəvidinin iştirak etdiyi tamaşa Təbrizin İncəsənət və Kültür Kompleksində səhnəyə qoyulacaq. Leyli rolunu aktrisa Leyla Babayi ifa edir.

Azərbaycan veb səhifələrinin yazdığına görə, İranın Azərbaycan şəhərlərində səhnələşdirilən tamaşalar adətən fars dilində olur, Azərbaycan dilində tamaşaların səhnələşdirilməsi nadir hallardandır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG