Accessibility links

Təbriz millət vəkili: Azərbaycan əhalisi hökümətin ikili standart siyasətini unutmayacaq


Əhməd Əlirza Beygi
Əhməd Əlirza Beygi

Təbriz millət vəkili Əhməd Əlirza Beygi iki ay öncə Təbriz-Məşhəd qatarının uğradığı qəza, habelə 10 gün öncə Tehranda baş verən yanğın olayına işarə edərək, İran hökümətinin iki acı olaya göstərdiyi diqqətdə ikili standart olduğunu sərgilədiyini qeyd edib.

Keçən il noyabr ayının 25-də Təbrizdən Məşhədə gedən qatarın uğradığı qəzada təqribən 50 sərnişin həlak olub. Yanvarın 19-da Tehrandan 17 mərtəbəli Plasco binasının çökməsi və çıxan yanğın olayı isə yanğınsöndürənlər daxil olmaqla təqribən 20 nəfərin ölümü ilə nəticələnib.

Təbriz-Məşhəd qatarının uğradığı qəzada təqribən 50 sərnişin həyatını itirib
Təbriz-Məşhəd qatarının uğradığı qəzada təqribən 50 sərnişin həyatını itirib


Şərqi Azərbaycan vilayətinin sabiq valisi Əlirza Beyginin dediklərinə görə, hökümət Tehranda baş verən olaydan sonra ölkədə rəsmi matəm elan edib və araşdırma üçün milli komitə təşkil edib. Amma, qatar qəzası ilə əlaqədar bunları etməyib.

“Hökümət bu iki acı olayla bağlı fərqli davranış sərgilədi. Azərbaycan əhalisi bu ikili standart siyasətini unutmayacaq,” Əhməd Əlirza Beyginin sözləri Fars xəbər agentliyi tərəfindən qeyd edilib.

Tehranda 17 mərtəbəli bina çöküb
Tehranda 17 mərtəbəli bina çöküb

XS
SM
MD
LG