Accessibility links

Təbrizli millət vəkili: Məclisin mövqeyi artıq zəifləyib


Təbrizin İran parlamentindəki millət vəkili bildirib ki, artıq parlament ölkənin qərarlarında təsiri azalıb.

Təbrizin İran parlamentindəki nümayəndəsi Şəhabüddin Bimiqdar NasrNews xəbər saytına müsahibəsində növbəti məclis seçkilərində namizədliyi irəlisürməyəcəyini və xalqın qarşısında başı aşağı olduğunu deyib.

O, yanacaq qiymətlərinin birdən 3 dəfə artırılması mövzüsüna toxunaraq, artıq başqa orqanların qərarlar aldığını və məclisdəki nümayəndəlrin sözlərinə dəyər verilmədiyindən gileylənib. "Qərar verənlər özlərini çoxbilmiş hesab edirlər, məclis və mütəxəssislərin fikirlərinə əhəmmiyyət vermirlər və belə bir vəziyyət də elmi olmayan qərarların nəticəsində gerçəkləşir" - deyə, millət vəkili deyib.

Bimiqdara görə, məclisin artıq çoxdandır ki, alınması gərəkən qərarlarda həlledici rolu yoxdur. O, millət vəkillərinin özləri təqsirkar olduğunu deyib. O deyib ki, onlar məclisin mövqeyini təmin edə bilmədilər.

Təbriz millət vəkili deyib ki, "İran İslam Respublikası prezidenti Həsən Ruhani Təbrizə səfəri zamanı benzinin qiymətinin bahalaşdırılmasından xəbərsiz olduğunu bildirərkən mən ona etiraz etmək istəyirdim, ancaq valinin hörməti üçün bundan imtina etdim. Prezidentin yanacaq qiymətinin artırılmasından gülərək xəbərsiz olduğunu deməsi xalqa hörmətsizlik idi."

Bimiqdar hesab edir ki, dövlət və hakimiyyət başçıları yanacaq qiymətinin 3 dəfə artırılması qərarı üçün xalqdan üzr istəməlidirlər. "Prezident dövlət və konstitutiyaya əməl edilmənin məsuliyyətini daşıyır və belə danışıqlar bir dövlət başçısına yaraşmaz" - deyə, o bildirib.

Həsən Ruhani noyabrın 27-də Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizdə səfərdə olduğu zaman bir iclasda gülərək yanacaq qiymətinin artırılmasının tarixi haqda məlumatının olmadığını bildirmişdi. Prezidentin həmin sözləri sosial mediada reaksiyaya səbəb olmuşdu.

"Benzin qiymətində artımı həyata keçirildiyi gecə mən də xəbərsiz idim. Bu həftə və ya gələn həftə olacağını bilmirdim, çünki Təhlükəsizlim Şurasında demişdim ki, qiymətin artırılması vaxtın ımənə də deməyin. Mən onlara demişdim ki, öncə layihənin icrası ilə bağlı mediada təbliğat işi aparın və uyğun gördüyünüz gecə onu icra edin."

İran prezidentinin bu sözlərindən sonra Camal Orf daxili işlər nazirinin siyasi məsələlər üzrə müavini Həsən Ruhanini benzin qiymətinin artırılması ilə bağlı 3 gün öncədən məlumatlandırmışdı.

Təbriz millət vəkilinin parlamentin ölkə idarəçiliyi və qanunvericilik sahəsində mövqeyini itirdiyini və zəiflədiyini deməsi İranda məclis seçkilərinin yaxınlaşdığı vaxta təsadüf edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG