Accessibility links

Əkbər Mühaciri Təbrizin mərkəzi həbsxanasına köçürülüb


İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Əkbər Mühaciri İranın Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbrizin mərkəzi həbsxanasına köçürülüb.

Güney Azərbaycan Televiziyası (GünazTv) saytı bu barədə məlumat yayıb.

Oktyabrın 22-də Mühaciri Təbriz şəhərinin Ettelaat İdarəsinin təcridxanasından bu şəhərin mərkəzi həbsxanasına köçürülüb.

İran Azərbaycanının əksər şəhərlərində və həmçinin İranın digər türk dilli bölgələrində mili fəallar tərəfindən Qarabağ müharibəsində Azərbaycan ordusuna dəstək mitinqinə çağırışdan sonra İranın Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri bir sıra milli fəalı mitinqlərdən öncə nəzarət altına aldılar.

Oktyabrın 17-də güneyli fəal Əkbər Mühaciri bir çox sayda milli fəal kimi mitinqlərdə iştirak etmədən İranın təhlükəsizlik qüvvələri tərəfindən öz şəxsi evində tutulub və sorğu-sual üçün Kəşfiyyat Nazirliyinin həbsxanasına aparılmışdı.

Yayılan məlumata görə, oktyabrın 21-dən Əkbər Mühaciri Təbrizdə həbs edilən iki digər milli fəal Rəsul Rəzəvi və Hüseyn Məhəmmədiyan ilə birlikdə İran hökuməti tərəfindən qanunsuz bir şəkildə həbs edilmələri üçün aclıq aksiyasına başlayıblar.

İndiyə kimi bu milli fəallara qarşı irəli sürülən ittihamlardan hələ ki heç bir məlumat əldə edilməyib.

Son zamanlarda İran Azərbaycanının fərqli şəhərlərində və həmçinin İranın digər türkdilli bölgələrində Azərbaycan ordusuna dəstək olmaq üçün və həmçinin İran Ermənistan sərhəd keçid bölgəsinin qapadılmasını tələb etmək məqsədilə keçirilən mitinqlərdə bir çox sayda milli fəal və adi vətəndaş həbs edilib və ağır işgəncələrə məruz qalıblar.

Qeyd etməliyik ki, güneyli milli fəal Əkbər Mühaciri indiyə kimi dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin məhkəmələrində fərqli ittihamlarla məhkum olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG