Accessibility links

Milli fəal Əkbər Nəimi həbs edilib


Azərbaycanlı milli fəal Əkbər Nəimi iyunun 19-da həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinin sakini Azərbaycanlı milli fəal Əkbər Nəimi Təbrizdə həbs edilib.

Bölgədə fəaliyyət göstərən insan hüquqları fəallarının yaydığı məlumata əsasən, Əkbər Nəimi ailəsilə telefon təmasında Tehranın Evin həbsxanasının karantin bölməsinə yerləşdirildiyini bildirib.

Məlumata görə, Əkbər Nəiminin məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib.

Əkbər Nəimi saxlanılması barədə ailəsinə deyib ki, Apellyasiya Məhkəməsinin qərarı ilə bağlı həbsxanaya aparıldıqdan sonra məlumatlandırılıb.

Güneyli milli fəal "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının lehinə təbliğat aparmaq" ittihamlarında müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edildiyi bildirilir.

Həmçinin bildirilir ki, 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub. Məhkəmənin verdiyi qərarda nadir bir şəkildə milli fəaldan "etnikçilik təbliğatı aparmaqla parçalamaq müstəmləkə siyasəti mövzusunda 90 səhifəlik bir araşdırma yazısı hazırlaması istənilib. Bu hökm Tehranın Apellyasiya Məhkəməsinin 36 saylı şöbəsində təsdiqlənib.

Nəimi keçən il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində tutularaq təxminən 2 ay təhlükəsizlik qüvvələrin nəzarətində saxlanıldıqdan sonra nəhayət 200 milyon tümənlik girov qarşılığında Evin Həbsxanasından müvəqqəti olaraq buraxılmışdı.

İranın təhlükəsizlik qurumu türk fəala təxminən bir ay boyunca ailəsilə telefon əlaqəsinə imkan verilmədiyi üçün bu müddət ərzində onun sağlamlıq durumu və harada saxlanıldığı barədə heç bir məlumat yox idi. Milli fəal həbs edildikdən sonra iş yerindən də qovulduğu qeyd edilir.

Ölkənin məhkəmə sisteminin Tehranda yaşayan türk fəallara qarşı ağır həbs cəzaları tətbiq edildiyi müşahidə edilir.

Əlirza Fərşi, Kiyanuş Aslani, Həmid Mənafi Nadarlı, Behnam Şeyxi, Tovhid Əmir Əmini kimi siyasi məhbuslar uzunmüddətli həbslərə məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG