Accessibility links

Təbrizdə üç milli fəal mərkəzi həbsxanaya köçürülüb


Təbrizdə İran hökumətinin Kəşfiyyat Nazirliyinin təcridxanasında saxlanılan 3 güneyli fəal Rəsul Rəzəvi, Hüseyn Əmir Hicri və Hüseyn Məhəmmədiyan Təbrizin mərkəzi həbsxanasına köçürülüb.

Güney Azərbaycan Televiziyası (GünazTv) saytı bu barədə məlumat yayıb.

Oktyabrın 17-də İran Azərbaycanının Təbriz şəhərində Azərbaycan ordusuna dəstək və İran-Ermənistan sərhəd keçid bölgəsinin qapadılmasını tələb etmək məqsədi keçirilən mitinqdən bir gün əvvəl həbs olunan bu 3 milli fəal indi Təbrizin mərkəzi həbsxanasının karantin bölməsində saxlanılır.

İran Azərbaycanının Culfa şəhərində yaşayan və bu şəhərdə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, Təbrizin Kəşfiyyat Nazirliyinin həbsxanasına köçürülən digər iki fəal Babək Kiyumərsi və Səid Sultaninin vəziyyətlərindən hələ heç bir məlumat yayılmayıb.

Sentyabrın 29-dan bəri İran Azərbaycanının fərqli şəhərlərində və İranın digər türkdilli bölgələrində keçirilən mitinqlərdə bir çox sayda milli fəal və vətəndaş həbs edilib və ağır işgəncələrə məruz qalıb.

Amnesty İnternational İran Azərbaycanının müxtəlif şəhərlərində milli fəalların geniş miqyasda həbs olunmasından narahatlığını bildirərək, onların qeyd-şərtsiz azad edilmələrini istəyib.


Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG