Accessibility links

Təbriz meri şəhərdə seçici fəallığının 30% olduğunu deyir


İyunun 18-də İranda prezident və Şəhər Şurası seçkiləri eyni gündə keçirilsə də, Təbriz Şəhər Şurası seçkilərilə bağlı mübahisələr və namizədlərin etirazları davam edir.

Şərqi Azərbaycan vilayətinin mətbuatında yayımlanan məlumata görə, seçkidən sonra Təbrizin seçkilərdə seçici fəallığı ilə elan edilən rəqəmlər və saxtakarlıqlarla əlaqəli mübahisələr hələ də davam edir.

Təbriz Şəhər Şurası deputatı seçilən Əli Acudanzadə Təbriz merinə məktub ünvanlayaraq, Şəhər Şurası seçkilərində 13 min səs bülleteninin yoxa çıxdığını qeyd edib. O, rəsmi seçki nəticələrin açıqlamasına istinadən deyib ki, “Seçki məntəqələrində 326 min 053 bülleten istifadə edilmişdir, lakin sandıqlardakı bülletenlərin sayı 313 min 254-dür, bunlardan 33 min 698-i etibarsızdır, bəs bu arada 13 min səs hara gedib?”

Təbriz meri Behruz Məhdəvi Şəhər Şurası üzvünün iddiasına cavab olaraq, bu sandıqlara atılmayan bülletenlərin sayını “səsvermə bülleteni almış, ancaq seçki məntəqəsini səs vermədən tərk etmiş” vətəndaşlara aid olduğunu deyib.

Təbriz qubernatorluğu tərəfindən yayımlanan məlumata görə, Təbrizdə 1 milyon 370 min nəfər səsvermə hüququna malikdir və bu saydan sadəcə 313 min nəfər Şəhər Şurası seçkisində iştirak edib. Beləliklə, Təbriz xalqının Şəhər Şurası seçkisində seçici fəallığı 23 faiz olaraq bildirilib. 313 min verilən səsdən isə 279 min 653 səs etibarlı olub ki, bu da etibarlı səslərin nəzərdə tutulduğu təqdirdə Şəhər Şurası seçkisində Təbriz əhalisinin 20.4%-nin iştirak etdiyi ortaya çıxır.

Təbriz meri Behruz Məhdəvinin mətbuata verdiyi məlumata görə, Təbrizdə prezident seçkilərində 1 milyon 370 min nəfər səsvermə hüququna malik olan vətəndaşın 30 faizi iştirak edib. Lakin bu rəqəm Təbrizin bəzi xəbər saytlarında 29 faiz olaraq qeyd edilir. Merin verdiyi statistikaya görə, Təbrizdə prezident seçkisində 357 min 803 etibarlı səs toplanıb. Bəzi təbrizli sosial media istifadəçiləri bu rəqəmlərə istinadən etibarsız səslərin hesaba qatılmadığı durumda seçici fəallığını təxminən 26 faiz olaraq qəbul edilməli olduğunu deyirlər. Təbrizdə prezident seçkilərində sandıqlardan çıxan etibarsız bülletenlərin sayı açıqlanmayıb.

Şərqi Azərbayanın valisinin verdiyi açıqlamaya görə, vilayətin seçici fəallığı 44 faiz olub. Bu rəqəm isə keçən dövr seçkilərlə müqayisədə təxminən 20 faiz azdır.

İranda İslam Respublikası tarixində keçirilən seçkilərdə ən az seçici fəallığı həyata keçirilib və ən çox etibarsız səs sayı təxminən 4 milyona yaxındır

Seçkidə etibarsız səslərin çox olması siyasi şərhçilər tərəfindən birmənalı dəyərləndirilmir. Seçkiləri boykot edən muxaliflərə görə, etibarsız səs verən vətəndaşlar əslində öz etirazlarını hakimiyyətə bildiriblər. Digər tərəfdən isə İslam Respublikası Qəzeti sandıqlara 'etibarsız bülletenlər' atan vətəndaşları sistemi qəbul etdiklərini, sadəcə “istədikləri namizədlərin seçilən namizədlər arasında olmadığı” üçün belə davrandlqlarını yazıb.

İran Azərbaycanında bəzi siyasi fəallar və sosial şəbəkə istifadəçiləri hökuməti seçici fəallığı ilə əlaqədar açıqladığı rəqəmləri şişirtməkdə ittiham edir. Onlar səsvermə prosesi zamanı sosial mediada yaılan video və şəkillərdə və hətta dövlətə bağlı medialarda yayımlanan videogörüntülərdə səsvermə məntəqələrində az sayda insanın olmasını buna sübutu kimi göstərirlər.

XS
SM
MD
LG