Accessibility links

Ərk qardaşlarının türkcə filmi Təbrizdə nümayiş olunub


Soyuq filmi
Soyuq filmi

"Soyuq" filmi İranın Uşaq Filmləri Festivalında bir neçə yüksək mükafata layiq görülüb

Ərk qardaşları Soyuq filmi üçün ən yaxşı rejissor işinə görə İranın Uşaq Filmləri Festivalının mükafatını qazanıblar
Ərk qardaşları Soyuq filmi üçün ən yaxşı rejissor işinə görə İranın Uşaq Filmləri Festivalının mükafatını qazanıblar

Bəhram və Bəhmən Ərkin rejissoru olduğu və İranın Uşaq Filmləri Festivalında bir neçə mükafat qazanmış türkcə "Soyuq" filmi fevralın 2-də Təbrizin 22 Bəhmən - Naci kinoteatrında pulsuz olaraq nümayiş etdirilib.

Filmin nümayişi haqqında yerli qəzetlər və İranın xəbər agentlikləri məlumat yayıblar.

Nəsrin Muradi ən yaxşı qadın roluna görə mükafatı qazanıb
Nəsrin Muradi ən yaxşı qadın roluna görə mükafatı qazanıb

Yerli qəzetlərin İranda uşaqlar üçün Azərbaycan türkcəsində çəkilmiş ilk uzun metrajlı film olaraq təqdim etdiyi 86 dəqiqəlik “Soyuq” filmində ailəsinin yoxsulluğu üzündən stress altında olan bir məktəbli uşağın hekayəsindən bəhs edilir.

Yarı rəsmi Mehr agentliyinə istinadən, Təbrizdə çəkilmiş "Soyuq" filmi İranın Uşaq Filmləri Festivalında özəl jüri mükafatına, eləcə də ən yaxşı rejissor işi və ən yaxşı qadın rolunun ifaçısı kateqoriyalarında (Nəsrin Muradi) mükafatına layiq görülüb.

"Soyuq" filminin Təbrizdə nümayiş etdirilməsi sosial medianın güneyli istifadəçilərinin də geniş diqqətini cəlb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG