Accessibility links

Təbriz Ticarət Palatasının sədri: 16 min iranlı investor Türkiyəyə mühacirət edib


Təbriz Ticarət Palatasının sədri Yunus Jailənin sözlərinə görə, təqribən 16 min İranlı investor ölkədəki bərbad durum üzündən Türkiyəyə mühacirət edib.

“Ölkədə iş və ticarət həyatının bərbad durumu elə bir nöqtəyə çatıb ki, 15 min 900 iranlı investor Türkiyəyə axın edib,” Yunus Jailə bildirib.

Yarı-rəsmi Fars agentliyinə istinadən, “Təbriz Ticarət Palatasının sədri bu sözləri dövlət və özəl sektorun dialoq şurasının toplantısında dilə gətirib.”

Son illərdə Türkiyədə sərmayə yatıran iranlı iş adamlarının sayı önəmli dərəcədə artıb. İranlı investorlar Türkiyədə xüsusilə daşınmaz əmlak sahəsinə sərmayə yatırırlar.

Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı məlumata əsasən, 2021-ci ilin ilk dörd ayında Türkiyədə əmlak satın alan xarici ölkə vətəndaşları arasında iranlılar birinci yeri tutub. İranlılar bu müddətdə Türkiyədə 2.156 daşınmaz əmlak satın alıblar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG