Accessibility links

Güneyli fəallar Pərisa Rəfii və Hüseyn Əliməhəmmədiyə azadlıq istəyirlər


Pərisa Rəfii və Hüseyn Əliməhəmmədi

Güney fəallar fevralın 25-də Tehranda həbs olunan tələbə Pərisa Rəfii və bir neçə gün öncə Təbrizdə tutulan türk dil haqları müdafiəçisi Hüseyn Əliməhəmmədiyə azadlıq istəyirlər.

Tehran Universiteti İncəsənt Fakültəsinin tələbəsi və əslən Zəncan şəhərindən olan Pərisa universitetin tələbə birliyinin üzvüdür.

Tanınmış türk fəal Səid Mətinpurun sosial mediada paylaşdığı məlumata görə, 5 günlük həbsdən sonra Pərisa Rəfiiyə hələ də ailəsi ilə telefon təması qurmağa icazə verilməyib.

Xanım Rəfiinin hansı qurum tərəfindən və hansı ittihamla tutulduğu habelə harada saxlanıldığı barədə ailəsinə məlumat verilməyib.

Hazırda Təbrizin Ettelaat həbsxanasında saxlanılan türk fəal Hüseyn Əliməhəmmədi keçən avqust ayında 3 illik həbs müddətini tamamladıqdan sonra sərbəst buraxılmışdı.

Hüquq müdafiəçisi Məhəmməd Əhədinin məlumatına görə, Hüseyn Əliməhəhəmmədi Ettelaat həbsxanasında saxlanıldığını telefon vasitəsilə ailəsinə bildirib.

XS
SM
MD
LG