Accessibility links

Təbrizdə üç milli fəal müvəqqəti azadlığa buraxılıb


İyul ayının 16-da Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə nəzarət altına alınan türk fəallardan bir neçəsi 2 həftə nəzarətdə saxlanıldıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

Üç fəalın “milli təhlükəsizliyə qarşı toplaşma və birləşmə” və “ümumi intizamı pozmaq” ittihamı ilə mühakimə ediləcəyi bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Yasəmin Zəfəri, Rəhim Sasaniyan və Sədullah Sasaniyan 100 milyon tümənlik mülki zəmanət qarşılığında iyulun 29-da azadlığa buraxıldılar.

Üç fəalın “milli təhlükəsizliyə qarşı toplaşma və birləşmə” və “ümumi intizamı pozmaq” ittihamı ilə mühakimə ediləcəyi bildirilir.

İyulun 16-da Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə tutulan digər fəallar Həkimə Əhmədi və Məqsud Fəzli hələ də nəzarətdə saxlanılırlar.

Keçən həftələr ərzində Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmaların ardınca iyulun 16-da milli fəallar İran Azərbaycanının bəzi şəhərləri və Tehranda Azərbaycan Respublikasına dəstək mitinqləri keçirməyə cəhd etmişdilər.

XS
SM
MD
LG