Accessibility links

Təbrizin unudulmuş tarixi evləri


İran Azərbaycanının adı gəldiyində mütləq hər bir insanın ağlına ilk Təbriz şəhəri gəlir. Bu şəhər özünəməxsus cəhəttləri ilə insanı özünə cəzb edir.

Qədim tarix və mədəniyyətlərin məkanı olan Təbriz xalqının azadxahlığı, şairləri, incəsənət xadimlərinin hünəri, yazıçılarının qələmi, hər bir addımında yerləşən tarixi evləri ilə, əsərləri, təbiəti ilə məşhurdur.

Təbriz İran Azərbaycanın ən tarixi və önəmli şəhərlərindən biri kimi saysız-hesabsız abidələri və arxeoloji əsərlər toplusu ilə qədim bir mədəniyyət dövrünə aiddir.

Təbrizin tarixi evləri, xüsusən Qacar hakimiyyəti dövründə bu şəhərin imtiyazlı mövqeyinə görə İranda say baxımından bənzərsizdir. Abbas Mirzənin dövründə Təbrizin şah sarayına çevrilməsi bu şəhərdəki tarixi evlərin çoxluğunun əsas səbəbidir.

Şərqi Azərbaycan Mədəni İrs Təşkilatının statistikasına görə, Təbrizdə hazırda beş yüz tarixi və qiymətli ev var ki, onların da əksəriyyəti Qacar dövrünə aiddir.

Hal-hazırda bu binaların yalnız məhdud bir hissəsi alınır, təmir olunur və saxlanılır, çünki rəsmilərin sözlərinə görə, hazırkı kreditlə evlərin hamısının alınması 150 il sürəcək. Təbrizin ürəyində yerləşib, unudulan tarixi əsərlərdən birisi Həriri evidir.

Həriri Evinin binası Təbrizin Tərbiyət xiyabanının Nur-Haşimi küçəsində yerləşib. Bu binanın memarı və qurucu sahibi məlum olmasa da, sağ qalan görüntülərə görə, Qacar dövrünə aid olduğunu söyləmək olar.

1999-cu ilin yanvar ayının 27-də Həriri evi İranın milli əsərləri arasında qeydiyyata alınıb.

Təbrizdə çox sayda mürəkkəb, müxtəlif dizayn, naxış, rəng və maraqlı mövzular və Qacar dövrünün rəsm üslubunun mövcudluğu Həriri Evini Şərqi Azərbaycan vilayətində və hətta İranın tarixi evləri arasında xüsusi bir yerə çevirib. Qacar dövrünə aid olan bu ev, bənzərsiz şəkilləri ilə otaqlarına görə Təbrizdəki ən gözəl tarixi ev kimi tanınır. Qacar mural sənəti o dövrün ən çiçəklənən sənətlərindən biri sayılır.

Həriri evi 1500 metrdən çox olan və ərazisi 4000 kvadratmetr olan üç tarixi evdən ibarətdir.

Həriri Evinin profili

Həriri Evi iki hissədən ibarətdir: xarici və daxili hissə, xarici binası isə iki mərtəbədən təşkil olunub. Bu binanın tarixi Qacar türk hökumətinin əvvəllərinə qayıdır. Həriri Evinin iki xarici və daxili həyəti və iki bloku var ki, hər ikisi də qibləyə baxır.

Binanın xarici orijinal Qacar sənətinin təzahürüdür və Quran və Yusif və Züleyxa hekayəsi və digər tarixi hekayələr kimi qədim mifoloji mövzulardan ilhamlanan çox gözəl və orijinal şəkillər bu binada görünür.

Daxili hissə xarici binaya qoşularaq Pərvəriş məktəbinin xiyabanının vasitəsilə Tərbiyət xiyabanına bağlanır.

Kərpicdən tikilən bu binanın iki mərtəbəsi var. Binanın xarici görünüşü nisbətən bütövdür və bəzəyini sabitləşdirmək lazımdır. Təəssüf ki, keçmişdən bu günədək, qayğısızlıqlardan dolayı kolleksiyanın vacib hissələri itirilmiş və digər tədqiqatların aparılması artıq mümkün deyildir.

1814-cü ildə Təbrizdə baş verən böyük zəlzələdən sonra və Qacar dövrünün ilk illərində Təbriz şəhərində tikinti çiçəkləndi və insanlar Təbrizin xarabalıqlarında gözəl və maraqlı evlərlə yeni bir şəhər qurdular.

Qacar dövrünə aid bu köhnə evləri bu gün də Təbrizin mərkəzi hissələrində görmək mümkündür. Ancaq son onilliklərin ərzində bu evlər çox zərər görüblər ki, bunun nəticəsində bu evlərin təmirinə ehtiyac duyulur.

XS
SM
MD
LG