Accessibility links

Təbrizdə azərbaycanlı şairlərin məhkəməsi olub


Fərid Hüseyn və Şəhriyar Hacızadə
Fərid Hüseyn və Şəhriyar Hacızadə

İranlı hakim Fərid Hüseyn və Şəhriyar Hacızadənin hansı maddə ilə ittiham olunması barədə məlumat verməyib və yaxın günlərdə məhkəmənin qərarının olacağını deyib

Təbrizdə Azərbaycanın gənc şairləri Fərid Hüseyn və Şəhriyar Hacızadənin məhkəməsi olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsi radiosuna bildiriblər ki, məhkəmədə Azərbaycan vətəndaşları suallara cavab verib və günahkar olmaqlarını bildirib. “Azərbaycan vətəndaşlarına verilən suallar İrana səfərlərinin məqsədi və mahiyyəti ilə bağlı olub. Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana poeziya festivalına gəldiklərini və hər hansı cinayət törətmədiklərini bildirib”, - deyə mətbuat xidməti qeyd edib.
Mətbuat xidmətinin məlumatına görə, iranlı hakim Fərid Hüseyn və Şəhriyar Hacızadənin konkret hansı maddə ilə ittiham olunması barədə rəsmi olaraq hər hansı məlumat verməyib və yaxın günlərdə məhkəmənin qərarının olacağını deyib.
Məhkəmədə Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun iki əməkdaşları və şairlərin yaxın ailə üzvləri iştirak edib.
Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə bu il aprelin 29-da Tehranda keçirilən şer festivalına dəvət edilib. Şairlər festivaldan qayıdarkən mayın 2-də Təbrizdə naməlum mülki geyimli şəxslər tərəfindən həbs edilib. Sonradan İran tərəfi şairlərin cinayətə təşəbbüs etdikləri bildirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi şairlərin azad edilməsi və ölkə diplomatlarının onlarla görüşünə icazə verilməsi üçün 5 dəfə İrana nota verib. Eyni zamanda, Azərbaycan tərəfi bir neçə dəfə məsələni yüksək səviyyədə İranın qarşısında qaldırıb.
XS
SM
MD
LG