Accessibility links

Ted Kruz Texas ştatından Senata yenidən seçilib


Texaslı respublikaçı senator Ted Kruz rəqibi üzərində üç faiz fərqlə qələbə çalaraq, növbəti dönəm senatorluğa seçilib Konqresə qayıdır.

Beto O`Rorkun təəccüb doğuran məğlubiyyət çıxışı rok konsertini xatırladıb.

46 yaşlı konqresmen məğlub olmasına rəğmən lütfkarlıq nümayiş etdirərək, tərəfdarlarına Ted Kruzun insanlar arasında bəzilərinin dediyi kimi ölkə siyasətinə zərər verən mübahisələri aradan qaldırmaqda ona yardım etməyə çağırıb.

“Və bizim hər birimiz adından mənim dediyim budur ki, mən bizim ölkənin nə vaxtsa belə ikiyə bölünməsini xatırlamıram. Əgər bizim edə biləcəyimiz nə isə varsa, o da odur ki, mən Ted Kruza xalqın ona verdiyi ehtimadı doğrultması üçün Texas ştatının ölkəmizi bizi birliyə aparan yolda idarə edilməsinə kömək etməyə çağırıram” deyə Beto O`Rork bildirib.

Senator Kruz özü Hyuston şəhərində qələbəsini o qədər də təntənəli qeyd etməyib. Tərəfdarlarına qələbəsinin texaslıların qələbəsi olmasını deməsindən əvvəl Ted Kruz O`Rorka onunla rəqabət aparmasına görə təşəkkür edib.

“Bu seçkilər ümid və gələcək haqda idi və Texas sakinləri daha da çox iş yerləri, təhlükəsiz və azad gələcəyə səs verdi”-deyə, respublikaçı senator Ted Kruz bildiri.

Ultra mühbafizəkar Çay Partiyası (Tea Party) hərəkatından faydalanan Ted Kruz 2012-ci ildə Senata seçildikdən sonra birinci müddət öz yerini qoruyub saxlaya bilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Fransa etirazlarında Bordeaux bələdiyyə binası yandırılıb
please wait

No media source currently available

0:00 0:11:06 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG