Accessibility links

Tədqiqatçılar kiçik elektrik cərəyanlarından istifadə edərək çirkli suyu təmizləyir [Video]


Tədqiqatçılar kiçik elektrik cərəyanlarından istifadə edərək çirkli suyu təmizləyir
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Ümumdünya Səhiyyə Təşkilatı təxmin edir ki, dünya boyu 800 min insan təhlükəli içməli su səbəbilə dünyasını dəyişir. Lakin indi belə görünür ki, Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları dünyanın ən çirkli sularını təmizləməyin asan və ucuz yolunu tapıb.

Elektrik qüvvələrə əsaslanan çox sayda ayırma prosesləri olub, amma onlar bizim istədiyimiz selektivliyə sahib deyil. Onlar həm də çox aşağı konsentrasiyası olan mikro-çirkləndiriciləri ələ keçirə bilmirik.
Alan Hatton

Bruklindəki Qovanus kanalında ağır metallar və pestisidlər kimi çox sayda zəhərli çirkləndiricilər var. Burada həmçinin 150 ildir sənayelərin istifadə etdiyi kanalizasiyanın tullantıları üzür.

Lakin Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları sadə elektrik cərəyanından istifadə edərək suyu təmziləməyin yollarını araşdırır.

“Qırmızıda müsbət elektroddur, yaşılda mənfi elektrod, hüceyrənin içində isə çirkləndiricilər var. Bu elektrodlar suya salınır və beləcə onlar suyla əlaqəyə girir ki, çirkləndiricəli özlərinə çəkə bilsin. Daha sonra isə buradakı kiçik qurğu suyu qarşışdırır,” deyə Şiao Su bildirir.

Əslində bu səsləndiyi qədər asan deyil. Elektrodlar xüsusi çirkləndiriciləri hədəf alan xüsusi polimerlərlə örtülüb. Prosesin qeyri-adiliyi də elə bundandır.

“Elektrik qüvvələrə əsaslanan çox sayda ayırma prosesləri olub, amma onlar bizim istədiyimiz selektivliyə sahib deyil. Onlar həm də çox aşağı konsentrasiyası olan mikro-çirkləndiriciləri ələ keçirə bilmirik,” Alan Hatton söyləyir.

Sürətləndirilmiş bu videoda prosesin necə baş verdiyi göstərilir: elektrodlar yavaş-yavaş sudan xüsusi çirkləndiriciləri çıxarır.

Braizliyada çirkli su
Braizliyada çirkli su

“Biz düşünürdük ki, əgər polimerləri elektrodun üstünə qoya bilsək, onlar yüklənə və sistemləri selektiv şəkildə ələ keçirə bilər. Məsələn biz yüzlərlə duz molekullarının içindən bir ədəd orqanik çirkləndiricini çıxara bilərik. Əgər bunu selektiv şəkildə edə bilsək, o zaman çox böyuk uğur əldə edərik. Bizim də məqsədimiz elə budur,” Hatton deyir.

Bu üsulla həm su təmizlənir, həm də proses özü istilik, yüksək təzyiq və hətta başqa kimyəvi maddələrdən istifadə edən təmizləmə üsullarından ekoloji cəhətdən daha təmiz işləyir.

“Biz ekoloji baxımdan daha təmiz sistem inkişaf etdirmək istəyirik. Bu məqsəd üçün isə elektrikdən daha təmiz heç nə ola bilməz. Ona görə də biz elə bir texnologiya inkişaf etdirmək istəyirik ki, düyməni basıb işığı yandırıb, suyu təmizləyək. Daha sonra isə düyməni təkrar basıb, işığı söndürək və sistemlərimiz yenilənsin,” deyə Hatton söyləyir.

Tədqiqatçılar deyir ki, proses sürətli şəkildə inkişaf etdirilib, laboratoriyadan kənarda istifadə oluna və bunu...buna çevirə bilər.

XS
SM
MD
LG