Accessibility links

Tədqiqatçılar zülalla zəngin yosun yetişdirir [Video]


Tədqiqatçılar zülalla zəngin yosun yetişdirir
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Bütün dünyada aclığa qarşı mübarizə aparmaq çox çətindir. Problem təkcə ehtiyacı olanlara ərzaq çatdırmaqda deyil, həm də, zülal əldə etmək üçün mal-qara yetişdirməkdədir. Amma indi Kaliforniyada bir qrup tədqiqatçı zülal probleminə çarə tapdığına inanır.

Dünya boyu təxminən 790 milyon insan xroniki aclıqdan əziyyət çəkir.

Ət zülalının əvəzinə yosun zülalı düzəltmək həm ətraf mühit baxımından, həm də maliyyət baxımından daha əlverişlidir.
Stefen Meyfild

Bu insanların əksəriyyəti inkişaf etmək olan ölkələrdə yaşayır.

Bu isə ehtiyacı olan insanlara ərzaq çatdırmağı çətinləşdirir.

Yosun genetikası üzrə mütəxəssis Stefen Meyfild deyir ki, problem daha da böyükdür.

“Əslində dünyada kalori çatışmazlığı, yəni zülal və əsas yağların çatışmazlığı mövcuddur”? deyə o bildirir.

Bunların hər ikisi də yosunlarda boldur.

Stefen Meyfild: “Yosunlarda təbii olaraq zülal və lipid çoxdur və dünyanın da elə bunların ikisinə ehtiyacı var”.

Bu səbədən də, Meyfild və komandası zülalla zəngin yosun yaradıb. Bu yosun qurudula və daha sonra bəsləyici qida əvəzləyicisi kimi istifadə oluna bilər.

“Biz bunu təzəliklə hazırlamışıq. İndi təkcə bunu qurutmaq qalıb. Gördüyünüz kimi bundan yaşıl toz alınır və bu yemək üçün tamamilə yararlıdır. Əslində çox gözəl dadı da var”, Meyfild deyir.

Meyfildin yosunların bir gün fermerlərin mal-qara və soya paxlası yetişdirərək zülal istehsal etdiyi böyük torpaq sahələrini əvəzləyəciyinə ümid edir.

Yosun
Yosun

Meyfild: “Sintetik bitkidən ətə oxşayan zülal əvəzliyiciləri düzəldən yeni şirkətlər məni həvəsləndirir. Çünki indi mən onlara baxıb, “bu mənə tanışdır, mən bunu yemək istərdim” deyə bilirəm. Ət zülalının əvəzinə yosun zülalı düzəltmək həm ətraf mühit baxımından, həm də maliyyət baxımından daha əlverişlidir.”

Meyfildin tədqiqatı ABŞ höküməti tərəfindən maaliyyələşdirilib. Komanda isə çox yaxın zamanda sahə sınağını müvəffəqiyyətlə başa vurub. Bu sınaqda yosunlar açıq havada yetişdirilib.

Hələ bazara çıxarılacaq məhsul hazır deyil, amma Meyfild ümid edir ki, yosunlar dünyanın xroniki aclıqdan əziyyət çəkən əhalisini qidalandırmağın bir yoluna çevriləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG