Accessibility links

“Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir [Video]


“Qadınlar, sülh və təhlükəsizlik” mövzuzunda konfrans keçirilir
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Konfrasnın işində NATO baş katibinin müavini iştirak edir

Sentyabrın 20-də Bakıda NATO və Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans işinə başlayıb.

Konfransda NATO baş katibinin müavini, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycanın NATO yanında nümayəndıliyinin rəhbəri, Milli Məclisin deputatları, güc qurumları, Azərbaycan və Gürcüstanın vətəndaş cəmiyyətinin rəhbərləri iştirak edir

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov deyib ki, Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır və ölkənin NATO ilə təhlükəsizlik problemləri üzrə sıx əməkdaşlıq tarixi var.

“NATO Azərbaycanın Əfqanıstandakı missiyaya daimi töhfəsini, eləcə də Əfqanıstan milli təhlükəsizlik qüvvələrinin hazırlanması işinə dəstəyini yüksək qiymətləndirir”, o qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi barədə məlumat verib. O, Azərbaycanda qadınların 1918-ci ildən seçki hüququnun olduğunu diqqətə çatdırıb.

Hüseynova Ermənistan-Azərbaycan münaqişəsinin cəmiyyətə vurduğu ziyandan danışarkən deyib ki, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

“Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir
“Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

“Onlardan 400 mindən çoxunu qadın, 300 mindən çoxunu uşaqlar təşkil edir. Azərbaycan münaqişə müddətində 1114 nəfərin əsir və girovluqdan azad edilməsinə nail olub. Əsirlikdən xilas olanlardan 223-ü uşaq, 363-ü qadın, 224-ü yaşlı insanlardır. Onların yenidən cəmiyyətə inteqrasiyası üçün reabilitasiya işlərinin aparılması çox vacibdir. Eyni zamanda, 29 uşaq, 98 qadın və 112 qoca hazırda girovluqdadır. Onların taleyi hələ də məlum deyil və bu gün də bu bizi çox narahat edir”, o qeyd edib

NATO baş katibinin müavini Rouz Getemoller Azərbaycan-NATO münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib.

"NATO terrorizmlə mübarizədə Azərbaycanın rolunu yüksək dəyərləndirir. Azərbaycanın Əfqanıstandakı mövcudluğunu artıraraq oradakı sülhməramlı missiyanı dəstəklədiyinə görə çox şadıq. Azərbaycan həmçinin Əfqanıstana malların təchizatının diversifikasiyası məsələsində çox əhəmiyyətli nəqliyyat dəhlizi rolunu oynayır. Beləliklə, Azərbaycan fəal şəkildə terrorizmə qarşı mübarizədə NATO-nun səylərini dəstəkləyir", o qeyd edib

R.Qettemoller eyni zamanda regionun ən mühüm dövləti kimi Azərbaycanla əməkdaşlığın əhəmiyyətini qeyd edib.

"Bir çox layihələr üzərində işləyirik və bu layihələr Azərbaycanın maraqlarına xidmət edir"

Xanım Qettemoller Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən bildirib ki, NATO ölkələrin ərazi bütövlüyü məsələsi üzrə BMT-nin Nizamnaməsi və ATƏT-in Helsinki yekun aktını vacib hesab edir.

"Biz həmçinin bütün münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh yollarının axtarışı üzrə səylərini dəstəkləyirik", o deyib.

“Qadınlar, sülh və təhlükəsizlik” mövzuzunda konfrans keçirilir
“Qadınlar, sülh və təhlükəsizlik” mövzuzunda konfrans keçirilir

Bu gün Bakıda ADA Universitetində NATO-nun "Civilian Oversight of The Armed Forced" müdafiə sahəsində təhsilin təkmilləşdirilməsi üzrə proqramınının əfqanıstanlı məzunlarına sertifikatlar təqdim edilib. Proqramda 14 Əfqanıstan vətəndaşı iştirak edib.

"Mən həm də bu cür proqramların həyata keçirilməsi üçün platforma yaratdığına görə Azərbaycana minnətdarlığımı bildirirəm. "DEEP Afganistan" proqramının başlanmasından bəri Azərbaycan orada fəal rol oynayır və NATO-nun bu ölkədəki fəaliyyətinə böyük töhfə verir", NATO baş katibinin müavini bildirib.

XS
SM
MD
LG