Accessibility links

“Tehran cəlladı” həbs edilib


İran polisi “Tehran cəlladı” kimi tanınan sabiq prokuroru həbs edib. Səid Mortazavi 2009-cu il nümayişlərindən sonra məhbusların qətlinə görə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Ədliyyə sisteminin rəsmi Mizanonline.com səhifəsində Mortazavinin həbs edildiyi bildirilib, lakin başqa məlumat verilməyib.

Tasnim xəbər agentliyi isə onun İranın şimalında, Xəzər dənizi sahilindəki villasında nəzarət altına alındığnı deyir.

Mortazavi dekabr ayında məhkum edilib. Məhkəmə onu işgəncə və qətllərə təşviq və yardımda ittiham edib.

Məhkəmənin qərarından sonra sabiq prokuroru tapmaq mümkün olmayıb. Onun yoxa çıxdığına dair xəbərlər yayıldıqdan sonra Mortazavi axtarılanlar siyahısına salınıb.

Xanımı və vəkili Mortazavinin itkin düşdüyünü danaraq, onun apellyasiya müraciət etməyə hazılaşdığını deyib.

Zəhra Kazemi
Zəhra Kazemi

Kanada Mortazavini İran mənşəli kanadalı foto-jurnalist Zəhra Kazeminin ölümündə ittiham edib.

Mortazavi Kazeminin iflic səbəbi ilə dünyasını dəyişdiyinə dair saxta məlumat yaymaqda günahlandırılır. Daha sonra jurnalistin başından aldığı zərbələr və beyin qanaxmasından öldüyü müəyyən edilib.

Sabiq prokuror 120 qəzetin bağlanması, jurnalistlərin qətli və həbsində ittiham edilir.

XS
SM
MD
LG