Accessibility links

Tehranda etiraz - 'Diktatora Ölüm'


Azadlıq Radiosunun Fərda Radiosu sosial mediada yerləşdirilən video və mətnlərdən sitat gətirərərk, iyulun 26-da səhər saatlarında Tehranın mərkəzindəki Comhuri İslami prospektində etiraz aksiya keçirildiyini bildirib.

Tehran qubernatorunun müavini Hamidreza Qudarzi etirazın iyulun 26-da baş verdiyini təsdiqləyib. Nümayişin səbəbinin "elektrik çatışmazlığı" olduğunu deyib.

Ancaq Azadlıq Radiosu xəbər verir ki, Tehran nümayişçiləri Xuzistan və İranın digər şəhərlərində su qıtlığı üzündən iyulun 15-dən etibarən etiraz edənlərə əstək olduqlarını da bildirib.

Tehrandan gələn bir videoda etirazçılar İranda siyasi həyatı idarə edən mühafizəkar İslam din xadimlərinə qarşı narazılıqlarını ifadə edib, "Toplar, tanklar, fişənglər, mollalar getməlidir" şüarları səsləndiriblər.

Digər videolarda gənc nümayişçilər "Xameneyi, utan, ölkənə ayıb olsun" və "Gedin!" şüarlarını İranın ali ruhani rəhbərii Ayətullah Əli Xameneiyini nəzərdə tutaraq səsləndiriblər.

"Nə Qəzza, nə də Livan, canımı İran üçün qurban verirəm" - kimi şüarlar da eşidilib.

Bu şüar İran hökumətinin Livandakı fələstinli militant qruplar və Hizbullah döyüşçülərini maddi yardım və silahla təmin etmək siyasətinə qarşı çıxanlar tərəfindən on illərdir səsləndirilir.

XS
SM
MD
LG