Accessibility links

Tehranın Evin həbsxanasında milli fəal Həmid Mənafi Nadarlıya işgəncə verilib


Tehranın Evin həbsxanasında saxlanılan güneyli fəal Həmid Mənafi Nadarlıya həbsxana məmurları tərəfindən işgəncəyə məruz qalıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Həmid Mənafi Nadarlı bu həbsxananın məmurları tərəfindən təhqir edilərək, döyülüb.

Dekabr ayının 25-də siyasi məhbus Evin Həbsxanasında saxlanılan digər siyasi məhbus Əfşin Şəhsəvari ilə birlikdə işgəncəyə məruz qalıb.

Yayılan məlumatlara görə, bu məhbusların işgəncə olma səbəbi onların həbsxana məmurlarının məhbuslara qarşı alçaldıcı ifadə və söyüşlər işlətdiklərinə etiraz etmələridir.

Həbsxana məmurları Həmid Mənafi Nadarlını qandallayaraq həbsxananın həyətinə çıxarıb, əllərini bağlayıb və siyasi məhbusu ağır ifadələrlə aşağılayaraq döyülüblər.

İşgəncələr nəticəsində Həmid Mənafi Nadarlının bir barmağı çıxıb.

Dekabrın 26-da həbsxananın nəzarətçi prokuroru milli fəalı kabinetinə çağıraraq hədələyib.

Siyasi məhbusa işgəncə verənlərin Calal Mobini, Mehdi Məhmuli və Əmrullahi adlı məmurlar olduğu bildirilir.

Həmid Mənafi Nadarlı, Əlirza Fərşi və Behnam Şeyxi ilə eyni gündə iyul ayının 21-də Tehrandakı iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutulub və ikiillik həbs cəzasını çəkmək üçün Tehranın Evin həbsxanasına köçürülüb.

Həmid Mənafi Nadarlı, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, və digər milli fəallar 2014-cü ilin Fevral ayında Beynəlxalq Ana Dili Gününü qeyd etmək məqsədilə keçirilən bir mərasimdə iştirak etdikləri üçün Tehranın Nəsimşəhr şəhərində həbs edilib və bir müddət nəzarət altında axlandıqdan sonra məhkəmənin qərarına qədər girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Həmid Mənafi Nadarlı 2016-cı ilin fevral ayında Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qrup formalaşmasında iştirak etmək" ittihamı ilə 10 il həbs cəzası və Loristan vilayətinə iki il sürgün cəzasına məhkum edilmişdi. Bu hökm daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri, hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Jurnalist Nərgiz Absalamova saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:41 0:00
XS
SM
MD
LG