Accessibility links

Tehran məhkəməsi iki türk fəalı həbs və sürgünə məhkum edib


Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Tehran İnqilab Məhkəməsi türk fəallar İbrahim Nuri və Cəfər Rüstəmi-Rada həbs və sürgün, həmçinin ictimai-siyasi fəaliyyətlər və media fəaliyyətindən məhrumiyyət cəzası verib.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, məhkəmə İbrahim Nurini 18 ay həbs və həbs müddətini tamamladıqdan sonra Cənubi Xorasan vilayətinin Nehbəndan şəhərində iki illik sürgünə məhkum edib. Cəfər Rüstəmi-Rad isə 6 ay həbsə məhkum olub.

Əlavə olaraq, hər iki fəala naməlum müddətə qədər ictima-siyasi fəaliyyətlər və media fəaliyyətindən məhrumiyyət cəzası verilib.

Əlavə olaraq, hər iki fəala naməlum müddətə qədər ictima-siyasi fəaliyyətlər və media fəaliyyətindən məhrumiyyət cəzası verilib.

HRA agentliyi hakim Maşallah Əhmədzadənin imzası ilə çıxarılan hökmün tam mətnini saytında dərc edib.

Hər iki fəal keçən iyul ayında İran Azərbaycanında keçirilən ənənəvi Babək Qalası yürüşü ilə əlaqədar nəzarət altına alındılar. Cəfər Rüstəmi-Rad daha sonra sərbəst buraxılsa da, İbrahim Nuri nəzarət altına alındıqdan bəri Evin həbsxanasında saxlanılmaqdadır.

Məhkəmə hökmündə İbrahim Nurinin daha əvvəl 30 dəfədən artıq saxlanıldığına diqqət çəkilib.

“Müttəhim (İbrahim Nuri) 30 dəfədən artıq saxlanılıb. O, bunların üçündə İran İslam Respublikasına qarşı təbliğat fəaliyyəti göstərmək ittihamı ilə məhkum olunub... Müttəhim internet üzrəindən Azərbaycanı İrandan ayırmaq istiqamətində geniş fəaliyyətlər göstərmiş və bölücü qruplarla əməkdaşlıq etmişdir. Bundan əvvəl verilən cəzalar onun düşüncələrini dəyişdirməmişdir. Onun islah olması mümkün deyildir,” çıxarılan hökmdə dərc edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın keçmiş prezidenti ölkəsinə qayıdıb
please wait

No media source currently available

0:00 0:11:42 0:00
XS
SM
MD
LG