Accessibility links

Tehran Paris polisini səfirliyə hücuma "zəif" reaksiyaya görə qınayır


İranın Xarici İşlər Nazirliyi şənbə günü bildirib ki,cümə günü Parisdə İran səfirliyə hücumda ekstremistlər məsuliyyətlidirlər və şəhər polisini hücuma cavabı ləng və zəif olub.

Fransız höküməti İrannın ölkələrindəki diplomatik missiyasını qorumaq üçün ciddi tədbirlər görməlidir.
Bəhram Qasemi

İranın rəsmi xəbər agentliyi olan İRNA nazirin sözçüsü Bəhram Qasemiyə istinadən bildirib ki, polislər əraziyə hadisə baş verdikdən dərhal sonra gəlməyiblər. İRNA-nın verdiyi məlumata görə hadisəni törədənlər "ekstremist təşkilatın" üzvləri olub, lakin qrupun adını bildirməyib.

“Fransız höküməti İrannın ölkələrindəki diplomatik missiyasını qorumaq üçün ciddi tədbirlər görməlidir,” Qasemi deyib.

Paris şəhərinin polis idarəsinin sözçüsü bildirib ki, “şəxslər” səfirliyin pəncərələrinə müxtəlif əşyalar ataraq onları qırıblar. O deyib ki, rəsmilər 12 nəfəri axtarsa da, səfirlik əməkdaşları şikayət etmədiyindən heç kim həbs edilməyib.

İRNA xəbər verir ki, Qasemi bəzi şübhəlilərin həbs olunduğunu və İranın fransız hökümətindən onları məhkəməyə cəlb olunmalarına və cəzalandırılmalarına çağırdığını bildirib. Xəbər agentliyi rəsmi Tehranın hücumla və Paris polisinin hadisə yerinə gec gəlməyi ilə bağlı öz istintaqını davam etdirdiyini bilidirir.

Paris polisinin sözçüsü hücumun motivləri və səfirlikdən kənar şəxslərin şəxsiyyəti ilə bağlı heç bir məlumatın olmadığını bildrirb.

İranın qüdrətli İnqilab Qvardiyası ötən həftə kürd separatçı qrupu olan Demokratik Kürdüstan Partiyasının bazasını hədəf alan raket hücumu üçün məsuliyyəti öz üzərinə götürüb. İnqilab Qvardiyasının sözlərinə görə, hücum nəticəsində ən azı 11 nəfər həlak olub, 50 nəfər yaralanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Çin prezidenti Moskvaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:09:29 0:00
XS
SM
MD
LG