Accessibility links

Tehran rejimi etirazlarda "xarici qüvvələri" günahlandırır


Tehran rejimi etirazlarda "xarici qüvvələri" günahlandırır
please wait

No media source currently available

0:00 0:02:28 0:00

İran hökumətinin yanacaq qiymətlərinin artırılmasına etiraz olaraq keçirilən nümayişləri dağıtmaq üçün güc tətbiq etməsi nəticəsində 100-dən çox insanın həyatını itirdiyi bildirilir. Birləşmiş Ştatların sanksiyaları artırması İran iqtisadiyyatının daha da zəifləməsinə gətirib çıxarıb. Təhlilçilər bildirir ki, İranın dini liderləri kütləvi iğtişaşlardan əvvəl olduğundan dana çox qorxur. Lakin onlar rejim dəyişikliyinin olacağını gözləmədiklərini bildirir.

Bəzi nümayişçilər keçən həftənin cümə günü başlayıb. İranın 40-dan çox şəhərini bürüyən etirazlar zamanı bank binaları, polis idarələri və mağazalar dağıdılıb. Hökumətin buna əvvəlki nümayişlərdən daha qəddar şəkildə cavab verməsi beynəlxalq miqyasda narahatlıqlara səbəb olub.

BMT-nin İnsan Hüquqlarına dair Ali Komissarlığının nümayəndəsi Ruper Kovill. “Biz İranda cümə günü başlayıb həftə boyu davam edən etirazlarda nümayişçilərə qarşı atəş açmaq da daxil olmaqla, beynəlxalq normalar və standartların pozulması olaraq gücdən istifadə etməsi haqda xəbərlərdən narahat oluruq.”

İran prezidenti Həsən Ruhani iğtişaşların xarici qüvvələr tərəfindən təhrik edildiyini deyib. “Küçələrə çıxan bu anarxistlər az sayda idilər. Lakin buna baxmayaraq, onlar təşkilatlanıb və silahlanıblar və onların hərəkətləri regiondakı köhnə rejimlər, sionistlər və amerikalılar tərəfindən hazırlanan fitnə-fəsada əsaslanırdı.”

Amnesty İnternational təşkilatı hökumətin basqısı nəticəsində 100-dən nümayişçinin həyatını itirdiyini bildirib. Bəzi məlumatlara əsasən, ölənlərin sayı 200-dən çoxdur. Təhlükəsizlik qüvvələrinin də azı dörd üzvü qətlə yetirilib.

Təhlilçilər bildirir ki, İranda son yarım əsrdə ölümlə nəticələnmiş bir sıra etirazlar olub, lakin bunlar rejimin dəyişməsinə gətirib çıxarmayıb.

Yaxın Şərq institutunun təhlilçisi Robi Barret. “Ona görə ki, silahı olan, həbsxanalarda işləyən, kəşfiyyat xidmətlərindəki insanlar pul alır və onların vəziyyəti yaxşıdır, çünki bu sistem belə qurulub və belə işləyir. Bu insanlar da başqa insanları boğmaq istəyir. Onları say narahat etmir - 100 nəfər də ola bilər, 10 min də.”

Yaxın Şərq institutunun təhlilçisi Robi Barret Amerikanın Səsinə bildirib ki, sanksiyalar, ya da İrana iqtisadi güzəştlər vəziyyəti dəyişmir, çünki İranın elitar hərbi qüvvələri iqtisadiyyatın böyük hissəsinə nəzarət edir və bunun belə qalmasını istəyir.

Barret deyir ki, İranda yaxın gələcəkdə bəzi dəyşikliklər mütləq baş verəcək. İranın hazırkı ali dini rəhbəri Ayətullah Əli Xameneyi İran-İraq müharibəsi dövründən dəstəyə malikdir. Lakin o yaşlanır və verlən məlumatlara görə, xəstədir. Barretin bildirdiyinə görə, Xameneyinin xələfi belə dəstəyə malik olmayacaq və hərbi elita öz ənənəvi lider rolunu saxlaya biləcək.

XS
SM
MD
LG