Accessibility links

Tehran universitetində müxalifət və iqtidar tərəfdarları arasında insident yaşanıb


Tehran universitetində müxalifət və iqtidar tərəfdarları arasında insident yaşanıb
Tehran universitetində müxalifət və iqtidar tərəfdarları arasında insident yaşanıb

Burada tələbələr qətlə yetirilmiş tələbə yoldaşları Şani Zalehin xatirəsini anırdılar

İran dövlət telekanalının məlumatına görə, bu həftənin əvvəli hökumət əleyhinə keçirilən etiraz aksiyalarında həlak olan tələbənin anım mərasimində müxalifət fəalları ilə hökumətə sadiq adamlar arasında dava düşüb.

Dövlət televiziyası bildirir ki, rəqib qruplar arasında insident Tehran Universitetinin İncəsənət fakultəsində baş verib. Burada tələbələr qətlə yetirilmiş tələbə yoldaşları Şani Zalehin xatirəsini anırdılar. Zalehin ölümündə müxalifət və iqtidar bir-birini ittiham edir.

Ümumilikdə isə 2009-cu ildən bəri İranda iki gün öncə keçirilən nümayişlər zamanı 2 nəfər həlak olmuşdu.

Bu arada nümayişləri təşkil edən İranın islahatçı lideri Mehdi Kərrubi mühafizəkar qanunvericilərin ona qarşı qaldırdığı edam cəzası cağırışlarından qorxmadığını bildirib. O bu gün açıqladığı bəyanatda deyib ki, o, nə bahasına olursa olsun İrana siyasi dəyişiklik gətirmək istəyindədir.

XS
SM
MD
LG